Analitika

Azərbaycanın qazandığı misilsiz uğurların təməlində də məhz xalq-iqtidar birliyi dayandı

Prezident İlham Əliyevin növbəti dəfə seçkilərdə ölkə başçısı seçilməsi və andiçməsi zamanı söylədiyi nitq bu dəfə də səmimi sözlər və ürəkləri fəth edən görüntülərlə yadda qaldı. Ümumiyyətlə 44 günlük Vətən müharibəsi Azərbaycan Prezidentinin elə ali keyfiyyətlərini üzə çıxardı ki, dünya onu heyrətlə izlədi. Ölkəsinə qazandırdığı qalibiyyət Vətən, yurd, xalq, insan sevgisinin zirvə nöqtəsi idi. Bəli, millətin  öndə gedəni olmaq – bu, yalnız güclü liderlərə, güclü şəxsiyyətlərə məxsus böyüklük, həm də onu yetirən xalqın xoşbəxtliyidir. İham Əliyev Prezident seçilən gündən xalqın taleyini öz taleyinə çevirdi. “Ölkənin ən dəyərli sərvəti onun vətəndaşlarıdır” deyən Prezident hakimiyyətdə olduğu dövrdə hamımızın doğmasıdır. O, xalqını, xalq da onu qorudu, ona inandı. O, bu sevgisi ilə təkcə kiçik ölkəsini böyütmədi, bu kiçik ölkənin vətəndaşlarını da ucaltdı. Azərbaycanın qazandığı misilsiz uğurların təməlində də məhz xalq-iqtidar birliyi dayandı. Prezidentin bölgələrə səfərləri zamanı insanlarla görüşləri, onlarla səmimi ünsiyyəti, hər birini təmkinlə dinləməsi, problemlərini məhz onların özlərindən öyrənməsi, yerindəcə tapşırıqlar verməsi, ilk növbədə xalqa olan hörmətin sübutudur. Bu etimadın təməlində isə qarşılıqlı hörmət qərarlaşıb. “Biz Sizin gələcəyinizə inanırdıq”, – deyən vətəndaşa “Təbii ki, belə hadisə baş verəndə mən mütləq burada, yanınızda olmalı idim ki, ilk növbədə sizə öz dəstəyimi göstərim”, – söyləyən prezident daim xalqının yanında oldu.Prezident İlham Əliyev həssas əhali təbəqəsinə, şəhid ailələrinə davamlı qayğını bütün cəmiyyətin işinə çevirib. Prezident şəhid ailələrinə mənzillərin, maşınların açarlarını şəxsən özü təqdim edir, bu qayğını özünə təkcə vəzifə borcu yox, həm də şərəf sayır. Bu ünsiyyət insanları sevindirir, ürəkləndirir, sabaha inamını artırır və həm də düşündürür. Çünki bu münasibət son dərəcə səmimidir və ürəkdən gəlir. Məsələn, dövlət başçısı öz ad günlərində hər zaman xalqın arasında olur.Tariximizə ən parlaq Qələbəni də o yazdı, torpaqlarımızı işğaldan azad edərək xalqın 30 illik həsrətinə son qoydu. Bu 44 günlük Vətən müharibəsi Azərbaycan Prezidentinin həm də elə ali keyfiyyətlərini üzə çıxardı ki, dünya onu heyrətlə izlədi. Ölkəsinə qazandırdığı qalibiyyət Vətən, yurd, xalq, insan sevgisinin zirvə nöqtəsi idi. O, müharibə dövründə dünyaya təkcə qalib sərkərdə, Müzəffər Ali Baş Komandan, qətiyyətli siyasətçi, adil dövlət başçısı, mahir diplomat kimi görünmədi. Dünya, onu həm də hər zaman xalqını düşünən, onun qayğıları ilə yaşayan nümunəvi lider kimi tanıdı. O, ən həssas dönəmdə də xalqının qarşısına çıxdı, ən sevincli xəbəri özü çatdırdı insanlara. O, 30 ildir torpaq həsrəti ilə yaşayan insanlarımızı yurdları ilə görüşə apardı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə isə milli gücünün artmasını təmin edib. Bununla yanaşı, tarazlaşdırılmış və milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Bu 30 ildə bir an da olsun ümidimiz sönmədi, inanmımız tükənmədi, ona görə yox ki, məcburən tərk etdiyimiz yurda sevgi ürəyimizdə kök salmışdı. Ona görə ki, qarşımızda xalqın sevdiyi və xalqını sevən müdrik bir rəhbər, qətiyyətli bir Lider var!

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button