
Prezident İlham Əliyev IV Şuşa Qlobal MediaForumunda çıxışı zamanı diqqətçəkən məqamlardanbirinə toxunaraq bildirdi ki, “Azərbaycanın artıq ortagücə çevrilməsi ilə əlaqədar ekspertlərin müəyyənrəyi ilə tanışam.” Bu fikir son illərdə Azərbaycanınbeynəlxalq münasibətlər sistemində mövqeyininəhəmiyyətli dərəcədə möhkəmləndiyini, ölkəninregional çərçivəni aşaraq daha geniş geosiyasiproseslərdə təsir imkanlarını artırdığını göstərir. Müasir beynəlxalq münasibətlərdə “orta güc” anlayışıiqtisadi, siyasi, diplomatik və strateji potensialı iləregional və qlobal proseslərə təsir göstərə biləndövlətlərə aid edilir. Azərbaycanın əldə etdiyinailiyyətlər də bu qiymətləndirmənin təsadüfiolmadığını göstərir.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan millimaraqlara əsaslanan balanslaşdırılmış xarici siyasəthəyata keçirərək müxtəlif güc mərkəzləri ilə qarşılıqlıhörmət və bərabərhüquqlu əməkdaşlıq münasibətləriformalaşdırıb. Ölkəmiz həm Şərqlə Qərb, həm dəŞimalla Cənub arasında etibarlı tərəfdaş kimi tanınır. Bu siyasət Azərbaycanın beynəlxalq nüfuzununyüksəlməsinə, müxtəlif beynəlxalq təşkilatlarda fəaliştirakına və mühüm qlobal təşəbbüslərin iştirakçısınaçevrilməsinə imkan yaradıb.
Azərbaycanın orta güc kimi qiymətləndirilməsinin əsassəbəblərindən biri onun enerji sahəsində oynadığıstrateji roldur. Xəzər hövzəsinin zəngin enerjiehtiyatlarının dünya bazarlarına təhlükəsiz şəkildəçatdırılması istiqamətində həyata keçirilən irimiqyaslılayihələr ölkəmizin geoiqtisadi əhəmiyyətini artırıb. Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələrsayəsində Azərbaycan Avropanın enerjitəhlükəsizliyində mühüm tərəfdaş statusu qazanıb. Eyni zamanda, yaşıl enerji sahəsində həyata keçirilənlayihələr ölkənin gələcək inkişaf strategiyasınınmühüm istiqamətlərindən birinə çevrilib.
Nəqliyyat və logistika sahəsində əldə olunan uğurlar daAzərbaycanın beynəlxalq mövqeyini gücləndirən əsasamillərdəndir. Avropa ilə Asiyanı birləşdirən OrtaDəhliz üzrə daşımaların həcminin artması, BakıBeynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, müasir avtomobil və dəmir yolu infrastrukturu ölkənibeynəlxalq yükdaşımaların əsas tranzit mərkəzlərindənbirinə çevirib. Bu layihələr təkcə Azərbaycanın iqtisadimaraqlarına deyil, həm də qlobal ticarətinşaxələndirilməsinə və nəqliyyat təhlükəsizliyinin təminolunmasına xidmət edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilənuğurlu daxili siyasət də ölkənin beynəlxalq nüfuzununartmasına mühüm töhfə verib. Son illərdəiqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorununinkişafı, rəqəmsallaşma, müasir infrastrukturunyaradılması və biznes mühitinin yaxşılaşdırılmasıAzərbaycanın dayanıqlı inkişaf modelini formalaşdırıb. Güclü iqtisadi baza isə xarici siyasətdə daha müstəqilqərarlar qəbul etmək və beynəlxalq layihələrdə fəaliştirak etmək üçün möhkəm zəmin yaradıb.
Azərbaycanın regional təhlükəsizlik məsələlərindəoynadığı rol da ölkənin orta güc statusunu şərtləndirənmühüm amillərdəndir. Ölkəmiz beynəlxalq hüququnnorma və prinsiplərinə əsaslanaraq öz suverenliyini vəərazi bütövlüyünü tam bərpa edib. Bununla yanaşı, postmünaqişə dövründə regionda uzunmüddətli sülhünvə əməkdaşlığın təmin olunması istiqamətində ardıcıltəşəbbüslərlə çıxış edir. Ermənistanla sülhmüqaviləsinin imzalanması, kommunikasiyalarınaçılması və iqtisadi əməkdaşlığın genişləndirilməsiAzərbaycanın irəli sürdüyü əsas prioritetlərsırasındadır.
Beynəlxalq tədbirlərə ev sahibliyi etmək dəAzərbaycanın artan nüfuzunun mühümgöstəricilərindəndir. Son illərdə ölkəmiz müxtəlifsiyasi, iqtisadi, humanitar və idman tədbirlərini yüksəksəviyyədə təşkil edərək beynəlxalq ictimaiyyətinetimadını qazanıb. Şuşa Qlobal Media Forumunun həril daha geniş iştirakçı auditoriyasını cəlb etməsi dəAzərbaycanın beynəlxalq dialoq üçün etibarlıplatformaya çevrildiyini nümayiş etdirir. Dünyanınmüxtəlif ölkələrindən jurnalistlərin, ekspertlərin vəmedia rəhbərlərinin Şuşada bir araya gəlməsiölkəmizin qlobal informasiya məkanında artan rolunungöstəricisidir.
Azərbaycanın humanitar diplomatiyası və çoxtərəfliəməkdaşlıq sahəsindəki fəaliyyəti də diqqətəlayiqdir. Ölkəmiz mədəniyyətlərarası dialoqun təşviqi, humanitar təşəbbüslərin dəstəklənməsi və beynəlxalqəməkdaşlığın genişləndirilməsi istiqamətində mühümlayihələr həyata keçirir. Bu yanaşma Azərbaycanınbeynəlxalq arenada etibarlı və məsuliyyətli tərəfdaşkimi qəbul edilməsinə töhfə verir.
Müasir dövrdə orta güc anlayışı yalnız iqtisadi və hərbiimkanlarla ölçülmür. Dövlətin diplomatik fəallığı, beynəlxalq təşəbbüslərdə iştirakı, etibarlı tərəfdaş kimitanınması və regional sabitliyə verdiyi töhfə də bustatusun əsas meyarları hesab olunur. Azərbaycanbütün bu istiqamətlərdə mühüm nəticələr əldə edib. Məhz buna görə də beynəlxalq ekspert dairələrindəölkəmizin orta güc statusu ilə bağlı müsbətqiymətləndirmələrin səsləndirilməsi təsadüfi deyil.
Prezident İlham Əliyevin IV Şuşa Qlobal MediaForumunda səsləndirdiyi bu fikir Azərbaycanın sonillərdə keçdiyi inkişaf yolunun obyektivqiymətləndirilməsi kimi dəyərləndirilə bilər. Güclüiqtisadi potensial, müstəqil xarici siyasət, strateji enerjivə nəqliyyat layihələri, beynəlxalq təşəbbüslərdə fəaliştirak və regional sabitliyə verilən töhfələr ölkəmizinbeynəlxalq mövqeyini əhəmiyyətli dərəcədəmöhkəmləndirib. Bütün bunlar Azərbaycanın artıqregional sərhədləri aşan təsir imkanlarına malik, qlobalgündəlikdə söz sahibi olan orta güc dövlətlərindənbirinə çevrildiyini göstərir.
Xədicə Əliyeva,
YAP Xətai Rayon Təşkilatının fəalı


