Azərbaycanın ölkəmizlə əməkdaşlıq edən dövlətlərin enerji təhlükəsizliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir
Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrinin geostrateji – siyasi və iqtisadi əhəmiyyəti beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirilir. Çünki Azərbaycanın bu sahədə həyata keçirdiyi strateji kurs həm də ölkəmizlə əməkdaşlıq edən dövlətlərin enerji təhlükəsizliyinin, milli maraqlarının təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan, hazırda reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsi böyük önəm kəsb edir.
Avropa tədarük mənbələrinin şaxələndirilməsi problemi ilə üzləşir, bu baxımdan Azərbaycan kimi enerji daşıyıcıları və elektrik enerjisinin istehsalını və ixracını artırmaq potensialına malik ölkələrlə əlaqələrin qurulması bu məqsədə çatmağın yollarından biridir. Bütün ölkələrdə enerji keçidinin əsas elementlərindən biri kimi bərpa olunan enerjinin payının artması ilə “yaşıl enerji”nin ixracı imkanları da artacaq, ayrı-ayrı ölkələri birləşdirən ötürücü xətlərin tikintisi isə bu enerjinin digər bazarlara çıxarılması üçün çox vacibdir.
Azərbaycan digər ölkə prezidentləri arasında dostluq münasibətlərinə əsaslanan strateji əməkdaşlıq qurulur. Bu tərəfdaşlığın əsasını energetika sektoru təşkil edir. İlk növbədə enerji təchizatı və enerji təhlükəsizliyinin artırılması sahəsində konkret nəticələr verəcək. Elektrik enerjisi, o cümlədən bərpa olunan enerjinin yeni istehsal güclərinin tikintisi ilə paralel olaraq böyük enerji təhlükəsizliyini təmin etmək üçün qonşu ölkələrlə əlaqələri inkişaf etdirilir.
Azərbaycan lideri ölkəmizin qaz ixracının hədəfləri barədə danışarkən isə bildirib ki, təbii qaz ixracının 2027-ci ilədək ikiqat artırılması tamamilə realdır. Həmçinin Azərbaycanın bu il yeni qaz yataqlarından hasilatın olacağı da vurğulanıb. Bundan başqa, Prezident bəyan edib ki, təbii qaz ehtiyatlarımız bizim və tərəfdaşlarımız üçün ən azı yüz il kifayət edəcək.
Prezident İlham Əliyevin: “Əminəm ki, layihəyə qoşulmuş ölkələr bu gün bunun faydasını artıq görürlər və görəcəklər. Həmçinin digər bağlantılar və potensial interkonnektorlar vasitəsilə biz Avropada daha çox ölkələri bu layihəyə qoşa biləcəyik. Təbii qaz resurslarına gəldikdə, mən artıq dəfələrlə bildirmişəm ki, təbii qaz ehtiyatları bizə və tərəfdaşlarımıza ən azı 100 il üçün bəs edəcək. Əlbəttə ki, biz gələcəyə doğru baxırıq və bu gün yaşıl enerji ilə bağlı Məşvərət Şurasının ilk iclası da olacaq. Heyət nisbətən kiçikdir – cəmi 4 ölkə var” sitatın ilə Azərbaycan hələ bundan sonra 100 il Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağı görünür. Energetiklərimiz qarşıda duran vəzifələrin icrasına xidmət göstərməklə öz missiyalarını layiqincə yerinə yetirməyə çalışır, enerji ölkəsi kimi tanınmış Azərbaycanın tarixi ənənələri ilə müasir inkişafı arasında vəhdəti təmin edirlər.
Səba Rzayeva,
YAP-ın gənc fəalı