Azərbaycanın modern idman infrastrukturuna malik ölkələr sırasındadır
Bu gün Azərbaycan dünyanın istər siyasi, istərsə də iqtisadi sistemində özünəməxsus yeri ilə seçilir, ölkəmizlə hesablaşır, hörmət və ehtiramla yanaşırlar. Azərbaycan bu naliyyəti güclü liderin –Prezident İlham Əliyevin qətiyyəti sayəsində əldə edib. Başqa fəaliyyət sahələrində olduğu kimi, Azərbaycan idmanda da böyük uğurlar qazanıb, sürəti inkişaf dövrünü yaşayır. Azərbaycanın modern idman infrastrukturuna malik ölkə olması hər kəsin qəbul etdiyi reallıqdır. Bu fikri Bakıda nüfuzlu beynəlxalq yarışların təşkilinin ənənəyə çevrilməsi bir daha təsdiqləyir. Prezident İlham Əliyev güclü iradəsi, liderlik keyfiyyətləri ilə milyonları ətrafına toplayaraq müstəqil və güclü Azərbaycan uğrunda çalışır. Ali Baş Komandan xalqdan aldığı tükənməz gücü isə öz işgüzar, tarixi və geniş fəaliyyəti ilə xalqa qaytarır.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə deyib.”Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi – bizim siyasətimiz əsasında yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi. Bu amil əlbəttə ki, bütün sahələrdə özünü göstərir. Yəni, artıq iki ildən çoxdur ki, xalqımız müzəffər xalq kimi yaşayır və bu qürurverici amil bizimlə bundan sonra əbədi olacaq. Sadəcə olaraq, bizim hər birimiz də öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq. Əminəm ki, indi idmançılarımız beynəlxalq yarışlarda iştirak edərkən onlar tamamilə başqa bir həvəslə, hətta başqa bir hərəkətlə çıxış edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər”, Ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz illərdir işğal altında olan topraqlarımızı düşməndən azad etdi, Azərbaycanın ərazi bötövlüyünü təmin edildi. Dövlət başçısının qeyd etdiyi kimi, həmin ərazilərimiz, şəhər və kəndlərimiz yenindən qurulacaq, Qarabağ toprağında həyat canlanacaq. Sözsüz ki, işğaldan azad olunmuş ərazilərdə geniş idman infrastrukturu da yaradılacaq. Qarabağımızda beynəlxalq idman yarışları təşkil olunacaq.
Bədiyyə Sadıqova ,
YAP-ın gənc fəalı