Analitika

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatın fəaliyyətində rolu və töhfəsi

Günü–gündən çiçəklənib, inkişaf edən Azərbaycanın bir çox beynəlxalq və regional təşkilatların fəaliyyətində rolu artmaqdadır. Əlbəttə, beynəlxalq aləmdə Azərbaycanın iqtisadi və siyasi nüfuzunun artması birmənalı şəkildə Ulu Öndərin siyasi yolunu davam etdirən “Qurucu Prezident”, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çoxşaxəli islahatların və uğurlu siyasətin nəticəsidir.

Hazırda fəaliyyətində Azərbaycanın böyük rolu və töhfəsi olduğu təşkilatlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır. 1992–ci ildə Azərbaycanın daxil olduğu bu təşkilatın son zamanlarda mövqeyinin güclənməsi, üzv dövlətlərin regional gücünün və nüfuzun artması ilə əlaqəlidir. Bu ilin noyabrın 9-u möhtərəm Prezidentimiz İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatın (ECO) Zirvə Toplantısında iştirak etmək üçün Özbəkistana rəsmi səfəri Azərbaycanın region ölkələri ilə çoxşaxəli əlaqələrində mühüm əhəmiyyət kəsb edir. Antiterror əməliyyatı ilə ərazilərimizdə Azərbaycanın süveren hüquqları tam təmin olunmasından sonra cənab Prezident İlham Əliyevin Zirvə Toplantısından lazimi ünvanlara verdiyi mesajlar qüdrətli Azərbaycanın bir növ göstəricisi sayıla bilər.

Azərbaycanın süveren ərazilərin Ermənistan tərəfindən işğalı ilə əlaqədar BMT-nin qəbul etdiyi dörd qətnamənin nəticəsiz qalması və Azərbaycanın təkbaşına bunu icra etməsi, işğalda olan ərazilərimizin azad olunması, Azərbaycanı bir çox regional məsələrin həllində başlıca söz sahibi etmişdir. Artıq Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatın fəaliyyətində xüsusi mövqeyə malikdir. Şuşa şəhərində bu ilin oktyabrında Təşkilatın Nazirlər Şurasının 27-ci iclasın keçirilməsi və Şuşa şəhərinin 2026-ci il üçün Təşkilatın turizm paytaxtın seçilməsi üzv dövlətlərin Azərbaycanla yüksək əməkdaşlığın təzahürüdür.

Azərbaycanın Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücük qabiliyyətinin genişləndirməsi, Şərq-Qərb marşrutu üzrə Bakı–Tibilisi–Qars dəmir yolu ilə daşınan yüklərin 5 milyon tona hədəfləməsi, regional məsələlərin həlli yolunda regional ölkələrin iştirakı ilə 3+3 əməkdaşlıq formatını irəli sürməsi bir daha Azərbaycanın region ölkələrinə verdiyi ən böyük töhfəsidir. Eyni zamanda Təşkilata üzv ölkələrin Vətən Müharibəsi zamanı Azərbaycanın haqq işinə dəstək olaması, xüsusi ilə Türkiyə və Pakistanın bir mənalı olaraq dövlətimizin yanında olması, 2021-ci ildə Türkmənistanda keçirilmiş Zirvə Toplantısında qəbul edilən “Aşqabad fəaliyyət konsensusu”adlı bəyannamənin qəbul edilməsi üzv ölkələrin Azərbaycanla yüksək əməkdaşlığın bariz nümunəsidir.

Hal-hazırda təşkilata üzv ölkələrin Qarabağda, işğaldan azad olan olan ərazilərimizdə bərpa, quruculuq işlərin gedişində rolu artmaqdadır. Qardaş Türkiyə şirkətlərin genişmiqyaslı quruculuq işlərində fəal iştirakı, Özbəkistan tərəfindən Füzuli şəhərində məktəb tikintisi, Qazaxıstan tərəfindən yaradıcılığ mərkəzin inşa olunması əməkdaşlıq sahəsində xüsusi əhəmiyyətə malikdir.

Beləliklə, cənab Prezidentimizin Təşkilatın Zirvə Toplantısında yüksək səviyyədə iştirakı, dövlətimiz və üzv ölkələr üçün prioritet olan bir çox məsələlərin həllində yeni səhifə yaradır. Çünki Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın tranzit əhəmiyyəti, bir çox regional məsələlərin həllində söz sahibi olması buna əsas verir..

Yaşasın Müzəffər Ali Baş Komandan, yaşasın qüdrətli Azərbaycan..!

Sahil Şirvanov,
Xəzər rayonu, 334 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button