AnalitikaDünyaGündəmSiyasət

Azərbaycanın İordaniya ilə Qardaşlıq Əlaqələri və İslam Dünyasında Həmrəylik Missiyası

Azərbaycanın xarici siyasət gündəliyində İslam dünyası ilə əlaqələr və müsəlman ölkələri arasında həmrəyliyin təşviqi xüsusi yer tutur. Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda qeyd etdiyi kimi, Azərbaycan İordaniya ilə qardaşlıq münasibətlərinə malikdir və bu əlaqələr yüksək səviyyədə inkişaf edir. Bir neçə gün öncə İordaniyanın Baş nazirinin müavini və xarici işlər nazirinin Azərbaycana səfəri, dövlət başçısı ilə keçirilən görüşlər əlaqələrin gələcək inkişafı, regional təhlükəsizlik və ortaq çağırışlarla bağlı geniş fikir mübadiləsi aparılmasına imkan yaratmışdır. Bu münasibətlərin uğurla davam edəcəyinə əminlik ifadə olunub, çünki artıq böyük iş həcmi görülüb.

Azərbaycanın rolu hər zaman konstruktiv, nəticəyönümlü və gərginliyin azaldılmasına hesablanmışdır. Biz gələn il İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Toplantısına ev sahibliyi edəcəyik və indiki təlatümlü dövrdə bu, ölkəmiz üçün böyük məsuliyyətdir. Dövlət başçısı vurğulayıb ki, İƏT çərçivəsində həmrəylik təhlükəsizliyin və sabitliyin əsas amilidir. Lakin təəssüf ki, hazırda dünyada həmrəylikdən çox gərginliklərin, qarşılıqlı ittihamların və müharibələrin şahidi oluruq. Azərbaycanın bu istiqamətdəki səyləri həm regional, həm də qlobal miqyasda sülhə və sabitliyə xidmət edir.

Ölkəmizin İslam dünyasındakı müsbət nüfuzu onun Qoşulmama Hərəkatına sədrliyi dövründə də özünü parlaq şəkildə göstərmişdir.

Azərbaycan bütün üzv dövlətlərin yekdil qərarı ilə sədr seçilmiş və fəaliyyətini yüksək qiymətləndirən tərəflərin istəyi ilə sədrliyinin müddəti daha bir il uzadılmışdır. Bu, bir-birindən uzaq mövqelərdə dayanan tərəfləri yaxınlaşdırmaqda ölkəmizin oynadığı müsbət rolun bariz nümunəsidir. İordaniya, Azərbaycan və sülhü, sabitliyi öz gündəliyinin əsas prioriteti hesab edən həmfikir ölkələr səylərini birləşdirərək, təlatümlü dövrdə müsbət nəticələrə nail olmaq üçün əllərindən gələni edəcəklər.

Zakir Şahverdi,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button