Analitika

Azərbaycanın enerji resursları hazırda daha geniş coğrafiyada yayılır

Azərbaycan Respublikasının dünya ölkələri ilə siyasi, iqtisadi əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Enerji sahəsində fəaliyyətimiz Azərbaycanı enerji mərkəzinə çevirib.  Ölkə başçısı çıxışında qeyd etdi ki, Azərbaycanın enerji strategiyasında neftlə yanaşı, qaz yataqlarının da istismara verilməsi mühüm yer tutur. Bizim qaz ehtiyatımız 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan Respublikası son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçı kimi tanınır. Bizim Cənub Qaz Dəhlizi adlandırdığımız üç boru kəməri inteqrasiya edilmiş 3500 kilometrlik boru kəmərləri sistemidir. Trans-Adriatik (TAP) boru kəməri İtaliyaya qədər uzanır. Trans-Anadolunun (TANAP) ötürmə qabiliyyəti 16 milyard kubmetr, Trans-Adriatikin (TAP) ötürmə qabiliyyəti isə 10 milyard kubmetrdir. Qaza olan ehtiyacları nəzərə alaraq hazırda TANAP-ın ötürmə qabiliyyətini 32 milyard kubmetrə, TAP-ın ötürmə qabiliyyətini isə 20 milyard kubmetrə çatdırmaq nəzərdə tutulur.

Avropa İttifaqı Azərbaycanın Bakı-Tbilisi-Ceyhandan başlayan strateji nəql siyasətinin davamı kimi daha yeni yanacaq mənbələri və ixrac marşrutlarından faydalanmağı olduqca zəruri sayır. Aİ ölkələri özünün enerji təhlükəsizliyini daha etibarlı və uzunömürlü etmək üçün məhz respublikamızın enerji imkanlarına güvənir. Azərbaycan qaz ehtiyatları baxımından münasib regionlardan biri sayılır. Burada zəngin qaz ehtiyatlarının mövcudluğu əsrin ortalarında Azərbaycan qaz sənayesinin və vahid qaz şəbəkəsinin yaranmasına səbəb olmuşdur.

“Cənub qaz dəhlizi”ndə yeddi ölkə iştirak edir:  Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro layihəyə qoşulmaq niyyətindədir. Yəni “Cənub qaz dəhlizi”nin hələ növbəti qolları olacaq. Çünki Avropada  Azərbaycan qazına tələbat var. Bu bizə ixrac imkanlarımızı getdikcə daha da  genişləndirmək imkanı verir. Azərbaycan qazı yeni enerji mənbəsidir və “Cənub qaz dəhlizi” yeni enerji damarıdır. Bu, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan layihədir və bu layihədən əldə olunan gəlirlər iqtisadi inkişafımızı şərtləndirmək baxımından xüsusi əhəmiyyət kəsb edəcək.

Sübhan Ərəbi,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button