AnalitikaGündəmSiyasət

Azərbaycanın Enerji İnkişafı və 1994-cü il “Əsrin Müqaviləsi”

1994-cü il Azərbaycanın müasir enerji tarixində dönüş nöqtəsi hesab olunur. Müstəqilliyini yenicə bərpa etmiş ölkə iqtisadi çətinliklərlə üzləşdiyi bir dövrdə enerji sektorunun inkişafını prioritet istiqamət kimi müəyyənləşdirdi.20 sentyabr 1994-cü ildə Azərbaycan Respublikası ilə dünyanın aparıcı neft şirkətləri arasında imzalanmış “Əsrin Müqaviləsi” ölkənin enerji strategiyasının əsasını qoydu.Bu müqavilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsini nəzərdə tuturdu. Müqavilədə ABŞ, Böyük Britaniya, Rusiya, Norveç, Türkiyə və digər ölkələrin
şirkətləri iştirak edirdi. Beləliklə, Azərbaycan beynəlxalq enerji bazarına inteqrasiya etməyəbaşladı.“Əsrin Müqaviləsi”nin imzalanması ölkəyə böyük həcmdə xarici investisiyaların cəlb edilməsinə şərait yaratdı.Neft sənayesinin inkişafı ilə yanaşı, yeni iş yerləri açıldı, infrastruktur layihələri həyata keçirildi və dövlət büdcəsinin gəlirləri əhəmiyyətli dərəcədəartdı.
    Sonrakı illərdə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və daha sonra Cənub Qaz Dəhlizi kimi iri enerji layihələri reallaşdırıldı. Bu layihələr Azərbaycanın enerji resurslarının dünya
bazarlarına çıxarılmasını təmin etdi və ölkənin geosiyasi əhəmiyyətini artırdı.
   Azərbaycanın enerji strategiyası yalnız neft və qaz hasilatı ilə məhdudlaşmır. Son illərdə ölkədə bərpa olunan enerji mənbələrinin inkişafına da xüsusi diqqət yetirilir. Günəş və külək enerjisi sahəsində həyata keçirilən layihələr enerji təhlükəsizliyinin gücləndirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir.
   Nəticə etibarilə, 1994-cü ildə imzalanmış “Əsrin Müqaviləsi” Azərbaycanın enerji inkişafının başlanğıcı olmuş,
ölkənin iqtisadi yüksəlişinə, beynəlxalq nüfuzunun artmasına və müasir enerji siyasətinin formalaşmasına mühüm töhfə vermişdir.

   Prezident İlham Əliyev 2026-cı il 1 iyun tarixində Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışızamanı da qeyd etmişdir ki,əgər 1994-cü ilə nəzər salsaq, keçmişdə Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik. Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bir milyon qaçqın var idi və həmin vaxt, bu, ola bilsin, adam başına düşən ən yüksək qaçqın sayı idi. Bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini idxal edirdik. Biz hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr oldu.

Əgər bu gün biz Azərbaycana nəzər salsaq həmin transformasiyaya gəldikdə, bu sərvətlərdən necə istifadə etdiyimizə, onun yenidən sosial infrastruktura, təhsilə, səhiyyəyə, enerji sahəsinin inkişafına yatırdığımıza əsasən deyə bilərik ki, ölkələr necə inkişaf etməlidir və bu yol 1990-cı illərin əvvəlində üzləşdiyimiz eyni problemlərdən müəyyən dərəcədə əziyyət çəkən ölkələr üçün örnək olmalıdır.

Kamran Aslanov ,
Xəzər rayonu 122 nömrəli məktəbin əməkdaşı

 

Oxşar Xəbərlər

Back to top button