Azərbaycanın diplomatik qalibiyyəti
Hazırda Azərbaycan Respublikasının 183 xarici ölkə ilə diplomatik əlaqələri qurulmuşdur. Azərbaycanın 59 ölkədə səfirliyi, 9 şəhərdə baş konsulluğu, 17 ölkədə fəxri konsulluğu fəaliyyət göstərir. Azərbaycanın 19 beynəlxalq təşkilat yanında nümayəndəliyi mövcuddur. Eyni zamanda, Azərbaycanda 66 ölkənin səfirliyi və 3 ölkənin 4 baş konsulluğu, 13 ölkənin fəxri konsulluğu fəaliyyət göstərir. Azərbaycanda 21 beynəlxalq təşkilatın nümayəndəliyi fəaliyyət göstərir. Hazırda ölkə daxilində və xarici dövlətlərdə, beynəlxalq və regional təşkilatlarda Azərbaycanın xarici siyasət kursunu həyata keçirən 1000-ə yaşın peşəkar diplomat korpusu fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə indiyədək 150-dən artıq diplomata fövqəladə və səlahiyyətli səfir və elçi rütbəsi verilmişdir. Dövlət müstəqilliyi əldə edildikdən sonra qısa müddət ərzində xarici siyasətlə bağlı qanunvericilik bazasının yaradılması və beynəlxalq konvensiyalara qoşulmaq istiqamətində ilk addımlar atıldı. Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınmağa başladı, bir sıra dövlətlərlə diplomatik əlaqələr quruldu, beynəlxalq təşkilatlarda təmsilçiliklər institutu formalaşdırıldı. 1993-cü ilin iyun ayından 2022-cu ilin iyul ayınadək xarici siyasətlə bağlı Azərbaycan Respublikasının 1417 Qanunu, Azərbaycan Respublikası Prezidentinin 521 Fərmanı və 2587 Sərəncamı imzalanmışdır. Azərbaycan Respublikasının daxili və xarici siyasətinin əsas istiqamətlərinə uyğun, beynəlxalq münasibətlərin ayrı-ayrı sahələrinə aid imzalanmış 300-ə yaxın konvensiyanın tam mətni mövcud layihədə öz əksini tapmışdır. Elektron nəşrsdə Azərbaycan diplomatiyasına və xarici siyasətinə dair müxtəlif dillərdə 160-dan artıq kitabın, 1000-dən artşq məqalənin elektron versiyaları öz əksini tapmışdır. Elektron nəşrsdə həmçinin 840-a yaxın kitabın, 20 mindən artıq məqalənin və 3386 avtoreferatın biblioqrafiyası toplanılmışdır. Azərbaycan Respublikasının Milli Məclisində bir sıra ölkələrin parlamentləri ilə qarşılıqlı əməkdaşlıq edən parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Göründüyü kimi, müstəqil dövlətimiz bütün sahələr üzrə inkişafını davam etdirir, beynəlxalq aləmdə müqavilələrini daha da möhkəmləndirir, xarici siyasət sahəsindəki uğurlarını intensivləşdirir. Məhz bunun nəticəsidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində dövlət başçısı cənab İlham Əliyevin mövqeyi dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri tərəfindən yüksək qiymətləndirilir və müdafiə olunur.Münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmasıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Münaqişənin dinc vasitələrlə nizamlanması üzrə aparılan danışıqlar məhz bu prinsiplərdən irəli gələn detalların razılaşdırılmasına yönəldilmişdir. . Azərbaycanda son illər ərzində ölkənin müxtəlif bölgələrində yeni beynəlxalq aeroportların istifadəyə verilməsi, yeni yolların salınması, regional layihələrin icrasında aparıcı rol oynaması Azərbaycanın məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, həm də Azərbaycanı Avrasiyanın nəqliyyat qovşağına çevirir.
Bəhruz Rüstəmov,
YAP- ın fəalı