Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzunun parlaq ifadəsidir
![](https://www.aktualinfo.az/wp-content/uploads/2024/06/depositphotos_199854394-stock-photo-azerbaijan-flag-against-sunset-sky.webp)
MT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP 29 Azərbaycanın ev sahibliyi edəcəyi daha bir mühüm beynəlxalq tədbirdir. Ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsi Azərbaycanın dünyada artan nüfuzunun, möhkəmlənən yerinin və dünya siyasətində iştirak payının göstəricisi, müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların Bakıya olan marağının parlaq ifadəsidir. COP 29 ərəfəsində 10 minlərlə xarici nümayəndə, yüzdən çox ölkənin dövlət və hökumət başçısı, yüksək səviyyəli rəsmi qonaqlar ölkəmizə gələcək, iki həftə ərzində bütün dünyanın diqqəti yenidən Azərbaycana yönələcək. COP-un son dövrlərdə neft ölkələrində keçirilməsi bu ölkələrin öz iqtisadiyyatını yaşıl enerjiyə keçid istiqamətində qurmağa doğru addımlamasının və ətraf mühit məsələlərinə həssas yanaşmasının göstəricisidir. COP 29-a ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin “yaşıl iqtisadiyyat”a keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. “Azərbaycanda“ yaşıl iqtisadiyyat”a keçidin təməli təqribən 20 il əvvəl qeyri-neft sektorunun inkişafına dövlət tərəfindən investisiyanın ayrılmasına xüsusi diqqət göstərilməsilə qoyulub”, – deyən icraçı direktor qeyd edib ki, bu gün artıq Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonasına çevrilir və ölkəmiz günəş və külək kimi təbii mənbələrdən enerji istehsalını ildən-ildə artırmağa davam edir. Faktiki olaraq Təşkilat Komitəsində gender balansı tam təmin olunub. COP 29 Təşkilat Komitəsinin tərkibinin 44 faizini qadınların təmsil etməsi Prezidentin qadınların cəmiyyətdəki roluna olan diqqət və etimadının göstəricisidir. Bu tədbirin ölkəmizin beynəlxalq imicinin daha da artmasına mühüm töhfə verməklə yanaşı, Azərbaycanın bəşəri dəyərlərə malik olduğunu bir daha nümayiş etdirəcək.
Orxan Abdullazadə,
YAP-ın gənc fəalı