Analitika

Azərbaycanın COP 29 kimi böyük tədbirə ev sahibliyi etməsi möhtəşəm siyasətin nəticəsidir

Prezident İlham Əliyev cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq iqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” tenekanalına verdiyi müsahibə zamanı Azərbaycanla bağlı bir çox məsələləri işıqlandırıb. Bunlardan biri də “Yaşıl dünya” ilə bağlı fikirləridir. Müsahibəsində cənab Prezident bildirmişdir: “Əgər yaşıl dünyada doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu ən vacib miras olacaq”.

Məlum olduğu kimi ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “ Yaşıl dünya naminə həmrəylik ili “ elan edilib. Sərəncamda qeyd olunub ki, Azərbaycanın 2030-cu ilə qədər sosial- iqtisadi inkişafa dair beş milli prioritetlərdən biri “Təmiz  ətraf mühit və yaşıl artım ölkəsi”kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitinin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Hazırda işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur rayonlarında “ağıllı şəhər”, “ağıllı kənd “, alternativ enerji layihələri həyata keçirilir. Sözsüz, 2024-cü ilin “Azərbaycanda Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ölkəmizin bu istiqamətdə apardığı işlərə daha da təkan verəcək.

Bu sərəncam ölkəmizin təhsil sistemi qarşısında da müvafiq vəzifələr qoyur. Sərəncama müvafiq olaraq, ümumtəhsil müəssisələrinin şagirdləri arasında yaş səviyyəsinə  uyğun olaraq , bir sıra tədbirlər təşkil edilir:

-“Yaşıl dünya ilə tanış olaq” mövzusunda azyaşlıların  canlı təbii obyektlərə emosional münasibətinin formalaşdırılması, bu mövzuda maarifləndirici  tədbirlərin,  ekskursiyaların  təşkili, burada təbiətin sirləri ilə tanışlıq  həm akademik bilik,  həm təcrübi dərslər və təbiətə qayğı vasitəsilə baş verir.Məktəblilərin təhsil müəssisələrinin ərazisində yaşıllaşdırma  işlərinə təşviq olunması da məqsədəuyğundur. Bu tədbirlər  şagirdlərin təbiətə münasibətdə əxlaqi yanaşma mövqeyinin  formalaşmasına, tədqiqatçılıq bacarıqlarının yeni formalarının hazırlanmasına , məktəblilərin ekoloji yönümlü fəaliyyətə cəlb olunmasına kömək olur.

Ayşən Paşayeva,
Xəzər rayonu,  262 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi.

Oxşar Xəbərlər

Back to top button