
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində bu gün mübarizəyə başlayacaq.
“Aktualinfo.az”un məlumatına Evren Alkayanın baş məşqçisi olduğu kollektiv E qrupundakı ilk oyununda Bolqarıstanla üz-üzə gələcək.
Bakı İdman Sarayındakı qarşılaşma saat 15:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan komandası noyabrın 15-də Monteneqronu qəbul edəcək.



