Analitika

Azərbaycanın Avropa istiqamətində qaz təchizatı coğrafiyası genişlənəcək

“Azərbaycan ilə dünya ölkələri arasında 30 il öncə başlanmış enerji sahəsindəki əməkdaşlıq ötən müddət ərzində enerji təhlükəsizliyi sektoruna böyük töhfələr bəxs edib. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə Azərbaycanda ümumi transformasiya proseslərinə start verildi ki, artıq bu gün Azərbaycan özünü etibarlı tərəfdaş, təchizatçı kimi sübut edib”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyi prosesində aktiv iştirak edir: “Hazırda Avropanın səkkiz ölkəsi Azərbaycandan qaz alır. Təsadüfi də deyil ki, Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırıb. Bütövlükdə isə Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut edib. Ona görədir ki, Azərbaycanın Avropa istiqamətində qaz təchizatı coğrafiyası genişlənəcək və hazırda enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycanın təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə də danışıqların aktiv fazası gedir”.

“Bu gün qlobal miqyasda yaşıl enerjiyə keçid prosesi gedir və Azərbaycanın, onun beynəlxalq tərəfdaşlarının da qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyası gündəmdədir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxındır: “Külək və günəş enerjisi ilə yanaşı Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyü işləri də nəzərə alsaq, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir”.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button