Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir

Azərbaycan Mərkəzi Asiya və Avropa ölkələri arasında iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır. Azərbaycansızbu region ölkələrinin Avropaya çıxışı demək olar ki, mümkün deyil. Azərbaycanın həm Şərqlə Qərbin, həm də Şimalla Cənubun qovşağında yerləşməsi onun üçün əlverişli tranzit imkanları yaradır, çünki Şərqdən Qərbə marşrutlar məhz Azərbaycan ərazisindən keçir.
Azərbaycanın Mərkəzi Asiya dövlətlərinə münasibətdə xaricı siyasəti müstəqillik əldə etdikdən sonra formalaşmağa başlamışdı. Bakı, xüsusəndə son illər bu dövlətlərlə əməkdaşlığın inkişafına yönəlmiş çoxşaxəli tədbirlər həyata keçirir. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Ölkəmizin bu regionun dövlətləri ilə əlaqələrini səciyyələndirən Prezident İlham Əliyev haqlı olaraq qeyd edir ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri birləşdirir. Ümumi mədəni köklər dövlətlərarası münasibətlər üçün möhkəm təməldir. Dövlət başçısının sözlərinə görə, 30 ildən artıqdır ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri müstəqil dövlətlər kimi həm ikitərəfli, həm də çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir, bir-birinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirirlər. Prezident İlham Əliyev xüsusilə vurğulayır ki, Mərkəzi Asiya və Azərbaycan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı artan, dünya siyasətində strateji əhəmiyyət kəsb edən vahid tarixi-mədəni coğrafi regiondur. Bu mənada Bakının regionun hər bir ölkəsi ilə münasibətlərini dərinləşdirməsi ikitərəfli əlaqələrin gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir.
2017-ci ildə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti vasitəsilə Türkiyə və Avropaya yüklər Qazaxıstandan Xəzər dənizi ilə daxil olur. Daha geniş desək, BTQ Çinin “Yeni İpək Yolu”nun elementidir. Bu kontekstdə Azərbaycan Mərkəzi Asiyanın önəmli ölkəsi olan Qırğız Respublikası ilə də ikitərəfli münasibətləri inamla inkişaf etdirir. Ölkələrimiz arasında münasibətlər hazırda yüksək səviyyədədir və getdikcə yeni məzmunla zənginləşir. Azərbaycan və Qırğız Respublikasını çoxillikt arixi, möhkəm dostluq və qardaşlıq ənənələri birləşdirir. Bu, dövlətlərarası əlaqələrin yeni şəkildə genişləndirilməsi üçün yaxşı imkanlar yaradır.
Azərbaycan ümumiyyətlə istər Qırğızıstan, istərsə də digər türk dövlətləri ilə münasibətlərin daha da sıxlaşdırılması üçün lazım olan bütün addımları atır. Bu da həmin fəaliyyətlərdən növbətisidir. Bu çalışmaları 2 dövlət arasında əlaqələrin yeni bir mərhələsı kimi saya bilərik. Bugünə qədər qurulan çalışmaların inkişafa səbəb olacağını deyə bilərik. COP29-la bağlı çalışmalarda da digər türk dövlətləri ilə birlikdə Qırğızıstanın da bütövlükdə digər bu istiqamətdə təcrübəsi olan ölkələrin Azərbaycan üçün dəstəyi önəmlidir. Azərbaycan Türkiyə başda olmaqla, digər türk ölkələri ilə münasibətlərinin, əlaqələrin genişlənməsi, Türk Dövlətləri Təşkilatının (TDT) güclənməsi dünyada növbəti bir güc mərkəzinin ortaya çıxması gözlənilən və arzuediləndir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə Türk dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var. Qırğızıstan Prezidenti Sadır Japarovun bu gün Azərbaycana yenidən səfər etməsi iki ölkə arasında mövcud olan münasibətlərdə yenisəhi fəaçacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün böyük addımların atılmasına şərait yaradacaqdır.
Əbdüləlizadə Fidan,
Xəzər rayonu, 323 №li tam orta məktəb