Siyasət

Azərbaycandan Ukraynaya göstərilmiş humanitar yardımın məbləği 30 milyon manata yaxındır

2022-ci il fevralın 27-dən başlayaraq Ukraynaya humanitar yardım göndərilib.

Aktualinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, dərman vasitələri, tibbi sərfiyyat malları, tibbi avadanlıqlar, qida və ərzaq məhsulları və körpə uşaq qayğısı məhsullarından ibarət olan humanitar yardımlara cari ilin dekabr ayında artıq ilk hissəsi Ukraynaya çatmış güc transformatorları və generatorlar əlavə olunub (ümumi məbləği 1 milyon 422 min manat və ya 830 min ABŞ dollarından artıq). Ümumilikdə Azərbaycan Respublikası tərəfindən Ukraynaya göstərilmiş humanitar yardımın məbləği 30 milyon manata (17,5 milyon dollara) yaxın, ümumi həcmi isə təxminən min (1000) tondur. Bununla yanaşı, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş 90-a yaxın ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə ölkəmizə gətirilib.

Oxşar Xəbərlər

Back to top button