Azərbaycanda idmana yüksək diqqət və qayğı örnəyi
Sağlam cəmiyyət hər bir dövlətin strateji məqsədidir. Təbii ki, dövlət vətəndaşların idmanla məşğul olmaları üçün xüsusi siyasət həyata keçirir. Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Idmançılarımızın istər kütləvi, istərsə də fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirilir. Bu sahə dövlət siyasətinin həyata keçirilməsində mühüm yerlərdən birini tutur. Bu proses 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən etibarən başlanıb desək, yanılmarıq. Belə ki, həmin vaxt idmanımızın strateji inkişafını təmin edən yeni konsepsiya müəyyənləşdirildi. Azərbaycanın modern idman infrastruktruna malik olması isə Müstəqil Dövlətlər Birliyi ölkələri arasında öndə gedir. Bu fikri Bakıda nüfuzlu Beynəlxalq yarışların təşkilinin ənənəyə çevrilməsi bir daha təsdiqləyir. “ Odlar diyarı”mız 2015-ci il 12-28 iyunda Avropa Oyunlarının, 2016-cı ildə 42-ci Dünya Şahmat Olimpiyadasının, 2017-ci ildə İslam Həmrəylik Oyunlarının, Formula 1 üzrə Qrand Prilərin, Avropa Yay Gənclər Olimpiya Festivalının ünvanı olmuşdur.
2015-ci il Avropa Oyunları tarixdə ilk dəfə keçirilən idman yarışıdır. Yarışlarda Avropanın 50 ölkəsinin idmançıları iştirakı təmin olunmuşdur. Bu yarışlarda Bakının 11, Mingəçevirin 1 idman qurğusundan istifadə olunub. Avropa Oyunlarının rəsmi açılışını Respublika prezidenti İlham Əliyev etmiş, Yarışın açılış məşəlini isə Bakı Olimpiya Stadionuna 2 qat Paralimpiya Çempionu, Qarabağ qazisi cüdoçu İlham Zəkiyev gətirib.
Bu yarışlara 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc olmaqla ümumilikdə 56 medal qazanıb.
Azərbaycan İslam Həmrəylik Oyunlarında birinci dəfə 2005-ci ildə Məkkədə keçirilərkən qatılıb. I İslam Həmrəylik Oyunlarında idmançılarımız 4 qızıl, 4 gümüş və 7 bürünc medal qazandı. İkinci dəfə isə 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində baş tutan II İslam Həmrəylik Oyunlarında iştirak edib. Bu zaman idmanşılarımız ən yaxşı nəticəni göstərərək 6 qızıl, 9 gümüş və 9 bürünc medal qazanıb. 2017-ci ildə keçirilən idman yarışlarına isə Azərbaycan ev sahibliyi etmişdir.
Beynəlxalq yarışlar içərisində V İslam Həmrəylik Oyunları xüsusilə qeyd olunmalıdır. Azərbaycan idmançıları bu yarışı 99 medalla yekunlaşdırıb və 4-cü pillədəki mövqeyini qoruyub. Yarış ərzində idmançılarımız 29 qızıl, 36 gümüş və 34 bürünc medal qazanıb.
Nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır. Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir.Hər il olduğu kimi, 2022-ci il də Azərbaycan idmanı üçün uğurlu bir olmuşdur.
Bu uğur təkcə idman sahəsi ilə məhdudlaşmayıb, iqtisadi siyasi sahələrdə də uğurlar əldə olunaraq Azərbaycanın dinamik inkişafı təmin olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan 2022-ci ildə dünya ölkələrinin qlobal reytinqində dərhal 43 pillə yüksələrək 162 xalla 46-cı yeri tutdu. Eyni zamanda Avropada Respublika 26-cı yerdədir. Bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar var. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır və bu proses hələ də davam etdirilir.
Ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 Günlük müharibə nəticəsində müzəffər ordumuz illərdir işğal altında olan torpaqlarımızı düşməndən azad etdi. Dövlət başçısının qeyd etdiyi kimi hımin ərazilərimiz, şəhər və kəndlərimiz yenidən qurulacaq, Qarabağ torpağında hıyat canlanacaq. Sözsüz ki, işğaldan azad olunmuş ərazilərdə geniş idman infrastruktru da yaradılacaq. Qarabağımızda Beynəlxalq idman yarışları təşkil olunacaq. Əminliklə demək olar ki, Azərbaycan idmanı ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcək, atletlərimiz yeni-yeni nəaliyyətlər qazanacaq.
Balayeva Fidan,
Xəzər rayonu, 322 nömrəli tam orta məktəbin müəllimi