Analitika

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var

Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.

“Mənim həyatımda çox şey olubdur. Ancaq mühüm olanı odur ki, mən bütün bu sınaqlardan, bütün bu çətinliklərdən keçmişəm və yaşayıram. Yəqin ki, hələ çox illər yaşayacağam. Belə taleyi olan insan indi çətin ki, tapılsın. Çünki mən 14 il burada işləmişəm, respublikaya rəhbərlik etmişəm, sonra 5 il Moskvada Siyasi Büronun üzvü, Sovetlər İttifaqı kimi fövqəldövlətin Nazirlər Soveti sədrinin birinci müavini işləmişəm. Sonra isə təqib dövrü olmuş və o, təxminən üç il davam etmişdir. Sürgün dövrü də olmuşdur – mən məcbur olub Moskvadan Bakıya gələndə, mənə burada yaşamağa imkan vermədilər. Mən Vətənimə – doğulduğum, hazırda blokada vəziyyətində olan Naxçıvana getdim. Orada üç il yaşadım. Ondan sonra artıq 8 ildir Bakıda yaşayır və vaxtilə tikdiyim həmin bu binada işləyirəm. İnsanların taleyi müxtəlifdir. Kimsə öz taleyindən razı olur, kimsə narazıdır. Bütün bu çətinliklərə baxmayaraq, mən öz taleyimdən çox razıyam. Çünki qısa ömür, qısa tale o qədər də maraqlı deyildir. Amma insan cürbəcür hadisələrlə qarşılaşanda, hər cür sınaqlardan çıxanda, yəqin ki, həm də daha çox təcrübə toplayır, daha da mətinləşir və bu mənada mən öz taleyimdən çox razıyam. Sabah nə olacağını bilmirəm, amma onu bilirəm ki, bundan sonra daha yaxşı olacaqdır.” –14 iyul 2001-ci ildə xarici ölkələrin media rəhbərləri ilə görüşdə Ulu Öndər Heydər Əliyev tərəfindən söylənilmiş bu sözlər onun əvəzsiz uzaqgörənliyinin danılmaz sübutudur.Dahi şəxsiyyətin uzaqgörən siyasətinin davamçısı Ali Baş Komandan İlham Əliyev “Ata vəsiyyəti”ni yerinə yetirərək qəhrəman oğullarımızı dəmir yumruq kimi birləşdirərək işğal altında olan torpaqlarımızı azad etmişdir.

Ümummilli liderin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilib.

Dekabrın 12-si müstəqil Azərbaycan Respublikasının memarı ümummilli lider Heydər Əliyevin anım günüdür. Ulu öndərin vəfatından 20 il ötür. Azərbaycan xalqı öz xilaskarını hər zaman olduğu kimi bu gün də böyük ehtiram və hörmətlə anır .Dahi şəxsiyyətə sevgi və hörmət qalib Azərbaycan xalqının qəlbində hər zaman var olub və olacaqdır.

Abdullayeva Dürdanə,
Xəzər rayonu, 234 nömrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button