Azərbaycan xalqı “Ağdam Şəhəri Günü” nü xüsusi təntənə ilə qeyd edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü ildə imzaladığı sərəncama əsasən işğaldan azad olunmuş ərazilər üzrə şəhər günləri təsis edilib. Bu günlər hər il ölkə ərazisində böyük təntənə ilə qeyd olunacaq.
Azərbaycanın tarixi torpaqlarından olan Ağdam şəhəri də erməni işğalçılarının hücumlarına məruz qalmışdır. 1993-cü ildə baş verən və 42 gün davam edən ağır döyüşlərdən sonra şəhər Ermənistan tərəfindən işğal edilmişdir. Yerli əhali öz yurd-yuvalarından qovulmuş, , torpaqlarından didərgin salınmışdır. İşğaldan sonra ermənilər öz vəhşilikləribi bir daha göstərmiş, şəhəri darmadağın etmiş, yaşayış məntəqələrini, tarixi abidələri, məscidləri dağıtmışdır. Şəhərin işğal olunan 73 faizi artıq yaşanmaz halda idi. 30 ilə yaxın həsrətdən sonra İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu Ağdam şəhərini işğaldan azad etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. Ağdam şəhərinin azad olunması zamanı şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5 mindən çox hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə “ medalı ilə təltif olunub. İşğaldan azad olunduqdan sonra Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər əsasında vaxt itirmədən şəhərin bərpası işlərinə başlanıldı.
Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının işğaldan azad olunan şəhərlərində əsaslı abadlıq və yenidənqurma işləri həyata keçirilir və həmin şəhərlərimiz günü-gündən inkişaf edir. Bu gün şəhərlərdə bir sıra yaşayış məntəqələri, otellər tikilir, yaşayış üçün əhəmiyyətli infrastruktur layihələri, o cümlədən, bir çox kəndlərin, parkların təməlqoyma mərasimləri həyata keçirilir.
Zərxanım Abbasova,
YAP-ın fəalı