
2025-ci il mayın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Vietnam News Agency” informasiya agentliyinə geniş müsahibə verib. Müsahibə zamanı dövlət başçısı Azərbaycan-Vyetnam əlaqələrinin tarixindən, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlərdən danışıb. Prezident, ölkələr arasında diplomatik əlaqələrin 30 ildən artıq davam etdiyini vurğulayaraq bu münasibətlərin gələcəkdə daha da dərinləşəcəyinə inam ifadə edib.
İlham Əliyev, həmçinin Azərbaycanın iqtisadi strategiyasına və regiondakı geosiyasi əhəmiyyətinə toxunub. O, Azərbaycanın enerji siyasəti, tranzit imkanları və beynəlxalq nəqliyyat dəhlizlərindəki rolu barədə geniş məlumat verərək, ölkənin Asiya ilə Avropa arasında mühüm körpü olduğunu qeyd edib. Vyetnam ilə ticarət və investisiya əlaqələrinin genişləndirilməsinin mümkün yolları da müzakirə edilib.
Prezident Əliyev müsahibədə Azərbaycanın Cənubi Qafqazdakı sülh təşəbbüslərindən də bəhs edib. O, Ermənistanla aparılan danışıqlar, əldə olunan razılaşmalar və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın atdığı addımlar barədə ətraflı danışıb. Bu məsələdə beynəlxalq ictimaiyyətin ədalətli yanaşmasının vacibliyini vurğulayıb.
Müsahibə, Azərbaycan diplomatiyasının qlobal miqyasda nüfuzunun artmasının göstəricisi kimi qiymətləndirilə bilər. İlham Əliyevin bu çıxışı təkcə Vyetnam auditoriyasına deyil, bütövlükdə Asiya-Sakit Okean regionuna ünvanlanmış strateji mesaj xarakteri daşıyırdı. Prezidentin səmimi və açıq danışığı iki ölkə arasında münasibətlərin daha da möhkəmlənəcəyinə işarə etdi.
Kamran Mustafayev,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi,