Analitika

Azərbaycan və Türkiyə qardaş ölkələr kimi ən çətin günlərdə bir-birinin yanındadır

Fövqəladə Zirvə görüşündəki çıxışında dövlətimizin başçısı Azərbaycandan qardaş ölkəyə zəlzələ ilə əlaqədar göndərilən yardımlar haqqında məlumat verdi: “Təbii ki, bu dəstək təmənnasız qardaşlığın göstəricisidir. İlk gündən Azərbaycan qardaş ölkənin yanında oldu, həmrəylik nümayiş etdirdi, təyyarələrlə, avtomobil karvanları ilə fəlakət zonasına yardımlar yola salındı, xilasedicilər, həkimlər göndərildi. Heydər Əliyev Fondu tərəfindən də qurumun Prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə zəlzələdən ziyan çəkənlərə yardımlar çatdırıldı. Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Türkiyədəki zəlzələ bölgəsinə 2518 çadır, 135 elektrik generatoru, 19 min 894 ədəd yataq və yataq ləvazimatı, 404 min 58 adda dərman və tibbi ləvazimat, 143 min 955 dəst isti geyim, 2653 qızdırıcı avadanlıq, 6603 qutu ərzaq və qida məhsulu və digər zəruri əşyalar alınaraq göndərilib. Ümumilikdə Heydər Əliyev Fondu tərəfindən Türkiyənin zəlzələ bölgəsinə 9 milyon 485 min 563 manat (5 milyon 579 min 743 dollar) məbləğində yardım göstərilib. Azərbaycanlılar İkinci Vətən Müharibəsində türk qardaşlarımızın dəstəyini gördü, hər an bizimlə həmrəy olduqlarını müşahidə etdi. Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformadır.

Dövlət başçısı Cənab Prezident İlham Əliyev çıxışı zamanı bu fikirləri səsləndirmişdir. Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur. 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulmuşdur. Ermənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıtmışdır. Azərbaycan ictimaiyyəti dəfələrlə UNESCO-ya indiki Ermənistanda Azərbaycan xalqının mədəni irsinin monitorinq edilməsi məqsədilə bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi xahişi ilə müraciət etmişdir və UNESCO-dan müsbət cavab gözləyir.

Sübhan  Ərəbi,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button