Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olub
2023-cü ilin 16 mart tarixində Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü baş tutmuşdur. Qeyd edək ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir. Dövlətimizin başçısı Fövqəladə Zirvə görüşündə çıxış edərək zəlzələdə həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə başsağlığı verdikdən sonra Azərbaycan hökuməti və xalqının zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olduğunu bildirib. Heydər Əliyev Fondu Türkiyədə baş verən zəlzələyə ilk reaksiya verən təşkilatlardan biri oldu. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Türkiyədəki zəlzələ bölgəsinə edilən yardımlar qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmilər tərəfindən yüksək qiymətləndirildi. Həqiqətən də xalqımız və dövlətimiz Türkiyənin ağır günlərində qardaş ölkəni yalnız qoymadı. Bu da iki dövlət arasında sarsılmaz dostluğun bariz nümunəsidir. Xilasedicilərimiz zəlzələ bölgəsində gecə- gündüz çalışarkən xalqımız dualarını bir an əskik etmədi, tibb personalımız zəlzələ bölgəsində ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərdi. Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər oldu. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərildi. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci oldu. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarıldı. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edildi. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərdi. Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olub. Bundan sonra da belə olacaq. 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Bu reallıq inkaredilməzdir ki, türkdilli dövlətlər arasında əlaqələr hazırda yüksələn xətlə inkişaf edir. Azəraycanın və Türkiyənin quruma sədrliyi dövrü səmərəli fəaliyyət, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmaqla xarakterizə edilir.
Fərmin Quliyev,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi