Analitika

Azərbaycan və Serbiya əlaqələri bütün sahələrdə yüksələn xəttlə inkişaf edir

Serbiya Azərbaycanın strateji tərəfdaşlıq münasibətlərinin qurulması haqqında sənəd imzaladığı 12 Avropa ölkəsindən biridir. İki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, humanitar, ticarət, infrastruktur sahələrində münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan və Serbiya arasında digər sahələrdə, o cümlədən nəqliyyat, enerji sahələrində əməkdaşlıq üçün potensial mövcuddur.  Serbiya həmçinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Eyni zamanda, BMT nizamnamələri və beynəlxalq hüququn müddəalarının yerinə yetirilməsi məsələsində bir sıra dövlətlərdən fərqli olaraq, Serbiya dürüst mövqe nümayiş etdirib. Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri ölkələrarası münasibətlər tarixi məqam hesab edilə bilər. Bu səfər, münasibətlərin güclənməsinə yenidən təkan verəcək. İki ölkə arasında münasibətlər 2013-cü ildən strateji tərəfdaşlıq çərçivəsində davam edir. Serbiya-Azərbaycan münasibətləri böyük tarixə malik olmasa da, ölkələrarası əməkdaşlıq sıx və güclüdür. Serbiya prezidenti Aleksandr Vuçıç daha əvvəl cənab prezident İlham Əliyevin Bolqarıstan səfərində də Azərbaycan haqqında və prezident İlham Əliyev haqqında müsbət fikirlərini söyləmişdi. Azərbaycanın bu gün həyata keçirdiyi layihələr, Serbiya ilə münasibətlərdə tutduğu mövqe Azərbaycanla bir sıra ölkələrin əlaqələrinin də inkişaf etdirilməsinə və daha da yaxşılaşmasına səbəb olacaq. Azərbaycanda Serbiya, Serbiyada Azərbaycan şirkətlərinin, uğurla fəaliyyət göstərir. 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalmış torpaqlarımız 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında qəhrəman Ordumuz tərəfindən azad edilib. Hazırda bu ərazilərdə sürətlə davam edən genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Serbiya şirkətləri də bu prosesə fəal şəkildə qatılmaq imkanına malikdir. Azərbaycan-Serbiya əlaqələrinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button