Azərbaycan və Rumıniya əlaqələrinin şaxələndirilməsi üçün əlavə addımlar atılacaqdır
Fevralın 2-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannis ilə təkbətək görüşü olub. Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis mətbuata bəyanatlarla çıxış ediblər.
Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdiriblər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalamışlar. Siyasi əlaqələrimizi çox yüksək səviyyəyə qaldırmışlar. Qarşılıqlı səfərlər bunu bir daha göstərir.
İlk növbədə, cənab Prezident çıxış edərək Prezident Klaus Yohannisi salamlayıb.
Biz keçən ay Sizinlə Buxarestdə görüşmüşdük və şadam ki, bir aydan sonra Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz. Bu, onu göstərir ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir.
Eyni zamanda, ticari-iqtisadi sahələrdə də nəticələrin olduğunu vurğulayıb. Ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun olmadığını söyləyib. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımların atacağını ümid edirəm. Komissiya keçən il Bakıda görüşüb, bu il isə Buxarestdə görüşəcək. Beləliklə, ticari-iqtisadi sahədə də yaxşı nəticələr ola bilər.
Hörmətli qonağımız sabah Azərbaycanda keçiriləcək Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının açılış mərasimində iştirak edəcəkdir. Prezident Yohannisin açılışda iştirakı bu tədbirin böyük əhəmiyyətindən xəbər verir. Əlbəttə, Buxarestdə bizim əsas tədbirimiz yaşıl enerji ilə bağlı idi. Bu istiqamətdə də çox önəmli addım atılmışdır və sabah yaşıl enerji üzrə birinci Məşvərət Şurası keçiriləcək. Bu, çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, bir neçə ölkəni, iki dənizi birləşdirən bir layihədir. Əlbəttə, ümid edirik ki, sabahkı birinci rəhbər komitənin toplantısı gələcək birgə fəaliyyət üçün bir yol xəritəsini də təklif edəcək.
Sonra Rumıniya Prezidenti bəyanatla çıxış edərək – “Bu gün burada olmağından böyük şərəf duyduğunu bildirib. Bu, mənim ölkənizə ilk rəsmi səfərimdir. Cənubi Qafqaz bölgəsi həm Rumıniya, həm Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Dəvətə və qonaqpərvərliyə görə cənab Prezident Əliyevə təşəkkür edirəm.
Bu gün cənab Prezident İlham Əliyevlə biz mühüm siyasi məsləhətləşmələr apardıq. Sabah mən cənab Prezidentlə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında iştirak edəcəyəm.
Mən cənab Prezidentə təşəkkür edirəm ki, Azərbaycan yanvar ayından etibarən Rumıniyaya əlavə qaz həcminin nəqlinə başlayıb. Sabah hər iki ölkənin dövlət neft şirkəti “Romqaz” və SOCAR yeni sazişə imza atacaqlar. Həmin sazişə əsasən, 2023-2024-cü illərdə bizim ölkəyə əlavə qaz nəql ediləcək. Hər ikisi – Cənub Qaz Dəhlizi, o cümlədən Azərbaycanda bərpaolunan enerji resurslarından istehsal edilmiş elektrik enerjinin nəqli üçün çəkiləcək gələcək dənizaltı kabel və nəhayət, Avropa Komissiyasının dəstəklədiyi layihələr Avropa İttifaqında enerji təhlükəsizliyinin təmin edilməsinə nəzərəçarpan töhfə verəcək.
Rəqəmsallaşma layihələri də bizim üçün maraq kəsb edir. Rumıniya ilə Azərbaycan bu əməkdaşlığı və strateji təşəbbüsləri Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində inkişaf etdirmək niyyətindədir. Biz bunu cənab Prezidentlə Buxarestdə də müzakirə etmişik.
Cənab Prezident, Rumıniya Azərbaycanın səmimi və əsl dostudur. Rumıniyanın mövqeyi hər zaman bəlli olub. Biz ölkələrin ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləmişik.
Cənab Prezident, Rumıniya Azərbaycanın səmimi və əsl dostu olduğunu, ölkələrin ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyəcəyini” söyləyib.
Sonuncu məsələlərdən biri də Rusiyanın Ukraynaya qarşı təcavüzünü və Qara dəniz hövzəsi regionundakı vəziyyəti cənab Əliyevlə müzakirə olunub. Belə bir mürəkkəb vəziyyətdə həmrəyliyin vacibliyini vurğulayıb və bu məsələlərdə Azərbaycanın da mövqeyini yüksək qiymətləndirib.
Azərbaycanın etibarlı tərəfdaş olaraq belə layihələri gələcəkdə də irəli sürəcəyinə əmin olduğunu bildirib.
Əzizova Xəyalə,
Xəzər rayonu, 120 nömrəli məktəbin direktor müavini