Azərbaycan və Rumıniya əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirilməsi
Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudanda strateji əhəmiyyət daşıyır.
Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir eyni zamanda, ticari-iqtisadi sahələrdədə nəticələr var. Ticarət dövrüyəsi iki dəfədən çox artarsada, hələki istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Biz ticarət dövrüyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq və ümid eirəm ki, hökümətlər arası komissiyanın fəaliyyəti məhs bu məqsədi güdəcək. Komissiya keçən il Bakıda görüşüb, bu il isə Buxarestdə görüşəcək. Beləliklə, ticari iqtisadi sahədədə yaxşı nəticələr ola bilər. Energetika, əlbəttəki, təkcə Rumıniya Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaq doldurma stansiyası və bir neçə yanacaq deposu var. Yəni, SOCAR Rumıniyada fəaliyyənin artıq çox gözəl tarixçəsi vardır. İndi isə bizim əməkdaşlığımız yeni mərhələyə çıxır. Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan Qazı nəql ediləçəkdir. Biz isə iki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP Lahiyəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik. Bunu Avropa İttifaqına rəhbərlik edən şəxslər qeyd edirlər.
Rumıniya ilə Azərbaycan bu əməkdaşlığı və strateji təşəbbüsləri Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində inkişaf etdirmək niyyətindədir. Biz bunu cənab Prezidentlə Buxarestdə müzakirə etmişik.
Rumıniya Azərbaycan səmimi və əsl dostdur. Ruminiyanın mövqeyi hər zaman bəlli olub. Biz ölkərin ərazi bütövlüyünü və suverenliyini hər zaman testəkləmişik.
Regional əməkdaşlıq, mənbə və maşrutların şaxələndirilməsi Cənub Qaz Dəhlizi kimi lahiyələrin təməl prinsipinə əsaslanır. Biz Azərbaycanın etibarlı tərəfdaş olaraq belə lahiyələri gələcəkdədə irəli sürəcəyinə əminik.
Qasımov Hikmət,
Xəzər rayonu, 323 nömrəli məktəbin müəllimi