Azərbaycan və Qığızıstan arasındakı dostluq, qardaşlıq münasibətinin uğurlu inkişaf yolu
Müstəqil siyasət yürüdən Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Iki dövlət arasında sıx əlaqələrin yaradılması Ulu Öndər Heydər Əliyevin səyləri ilə baş tutub. Bugün də bu əlaqə Heydər Əliyevin davamçısı İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan ilə Qırğızıstan arasında olan dəyərlər, ortaq tarix, dil və mədəni bağlılıqların əhəmiyyəti ölkələrimizin müxtəlif istiqamətlər üzrə münasibətlərinin inkişafında vacib rol oynayır. Qırğızıstan üçün Azərbaycanın etibarlı tərəfdaş olması, Qırğızıstanın ölkəmizlə iqtisadi əməkdaşlığın genişləndirilməsinə maraq göstərməsi, birgə layihələrin həyata keçirilməsi iki dövlət arasındakı imkanları artırır. İki dost ölkənin iqtisadi əlaqələrinin, iqtisadi-ticarət tərəfdaşlığının və işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsində hər iki tərəf uğurlu addımlar atır. Coğrafi məsafəyə baxmayaraq, ümumi ənənələri, mədəniyyəti və dəyərləri olan ölkələr arasında qarşılıqlı etimada və dostluğa əsaslanan yüksək səviyyəli ikitərəfli münasibətlər inkişaf edir və dövlətlərimiz arasında mühüm sənədlər imzalanıb. Ölkələrimiz BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda sıx qarşılıqlı fəaliyyət göstərir. Bütün bunlar ölkələrimiz arasında əlaqələrin daha yüksək səviyyədə inkişafına xidmət edəcək. 11 oktyabr Azərbaycan Prezidentinin Qırğızıstana səfəri zamanı yüksək səviyyədə qarşılanması iki ölkənin uğurlu tərəfdaş olmasının göstəricisdir. Bişkekdə açılan Qırğızıstan-Azərbaycan Dostluq Parkı , Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksi, ümumilikdə orada Azərbaycan, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev haqqında söylənilən fikirlər Azərbaycana qarşı olan etimaddan irəli gəlir. Azərbaycan-Qırğızıstan arasında imzalanan sənədlər münasibətlərin daha da genişlənəcəyinə zəmin yaradır. Nəqliyyat-tranzit sahəsindəki əməkdaşlıq, artıq fəaliyyət göstərən, eləcə də planlaşdırılan yeni nəqliyyat yolları kommunikasiyaları daha sıx birləşdirməyə imkan verəcək. İlk növbədə, söhbət dəmir yolundan gedir. Ölkələr tərəfindən Xəzərə çıxışı olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi barədə qərar dəstəklənir. Bu gün açıq dənizlərə çıxışı olmayan Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsi yaradıb. Xəzərin Azərbaycan tərəfində həm dəmir yolu, həm avtomobil yolu, həm hava yolu və bizim yük hava nəqliyyatının potensialı nəzərə alınmaqla artıq geniş nəqliyyat infrastrukturu var. Nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylər birləşdiriləcəkdir. Azərbaycanda yüklərin müxtəlif istiqamətlərdə daşınmasına imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb və bu imkanlardan Qırğızıstan istifadə edə biləcəkdir. Xalqlarımız arasında əlaqələr tarixin sınağından çıxıb, əsrlər boyu həmrəylik və sülh şəraitində yaşayıb, bir-birinə qardaş münasibəti bəsləyiblər. İki dövlət arasında olan bu dostluq, qardaşlıq münasibətləri gələcək inkişafa yeni təkan verəcək.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı