Azərbaycan və Pakistan arasında hərbi güclü hərbi əməkdaşlıq mövcuddur
Azərbaycan Respublikasının hərbi əməkdaşlıq sferasında Pakistan İslam Respublikası mühüm rol oynayır. İki ölkə arasında güclü hərbi əlaqələr mövcuddur. Pakistanla Azərbaycan arasında hərbi əməkdaşlıq 2005-ci ildə iki ölkə arasında strateji çərçivə sazişi imzalandıqdan sonra genişlənməkdədir. Pakistan Azərbaycanın müdafiə sahəsində təlim və potensialının gücləndirilməsi istiqamətində geniş əməkdaşlıq edir, Azərbaycanın silahlı qüvvələrinin müasirləşdirilməsi üzrə planlarını tam dəstəkləyir. Hərbi istehsal və hərbi sənaye sahəsində geniş potensialı olan Pakistan bu sahədə həmişə Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu bildirir. Bununla yanaşı Pakistan Azərbaycana özünün hərbi sənaye kompleksinin ən müasir məhsullarını təklif edir. Bu yazımızda Azərbaycan-Pakistan hərbi sənayesinin perspektiv inkişafına nəzər yetirməyə çalışacağıq.
Hərbi müstəvidə Azərbaycanın qurduğu çoxsaylı beynəlxalq əməkdaşlıq bu gün Azərbaycana böyük üstünlüklər qazandırmaqda, çoxsaylı müasir silah və hərbi texnikanın idxalına və ya birgə istehsalına imkan yaratmaqdadır. Bu xüsusda Azərbaycanın yaxından əməkdaşlıq etdiyi ölkələrdən biri də Paksitandır. Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Eyni zamanda, Qarabağ münaqişəsinə görə, Ermənistanı bir dövlət kimi qəbul etməyən və bugünədək tanımayan Pakistan onunla heç bir sahədə əlaqə qurmur və əməkdaşlıq etmir. Pakistan bütün beynəlxalq tədbirlərdə daim Azərbaycanın mövqelərini müdafiə edir və Ermənistanın işğalçı siyasətini pisləyir. Öz növbəsində Azərbaycan mübahisəli Kəşmir məsələsində həmişə Pakistanın yanında olub. Azərbaycan bütün nüfuzlu beynəlxalq təşkilatlarda və tədbirlərdə Pakistanın mövqelərini müdafiə edib. Bu gün Azərbaycan və Pakistan arasında müxtəlif sahədə, o cümlədən də hərbi sahədə əməkdaşlıq uğurla inkişaf edir. Tərəddüd etmədən deyə bilərik ki, bu gün dünyada Azərbaycana ən yaxın dost olan ölkələrdən biri də Pakistandır. Bu ölkə hər zaman Azərbaycana dəstək verib. Öncə onu qeyd edim ki, Pakistan ölkəmizin müstəqilliyin tanıyan, diplomatik əlaqələr quran və Bakıda səfirlik açan ilk ölkələrdən biridir. Hər zaman bizimlə səmimi münasibətdə olub, Azərbaycanın haqq işinə dəstək verib, ədalətli mövqeyini beynəlxalq səviyyədə müdafiə edib. Eləcə də məhz Azərbaycan ərazisinə təcavüz etdiyi üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb, həm də rəsmən işğalçı ölkəni bir dövlət kimi tanımayıb. Bu, qardaş Pakistanın dövlət siyasətinin haqq və ədalətə söykəndiyinin təcəssümüdür. Cənab Prezident çixişinda qeyd etdiyi kimi: Biz Pakistanın Baş naziri ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə etdik. Eyni zamanda, birgə hərbi təlimlərin sayının artırılması ilə bağlı müzakirələr apardıq, çünki buna ehtiyac var. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib. “Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır. Ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır”, – deyə dövlət başçısı qeyd edib.
Eyyub Əliyev,
YAP-ın gənc fəalı