GündəmAnalitikaSiyasət

Azərbaycan və Özbəkistan üzrə ikitərəfli münasibətlər

Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biri Mərkəzi Asiya ölkələri ilə münasibətlərin daha da güclənməsidir.

Ortaq tarix, mədəni miras, etnik kök. Özbəkistan bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanla Özbəkistan münasibətlərinə nəzər salanda bu əlaqələrin son dövrdə daha da genişləndiyini görmək olar.

Özbəkistan Prezidentinin ölkəmizə dövlət səfəri iki ölkə aradında əlaqələrin daha da güclənməsinə təkan verəcək. Güclənən və genişlənən əməkdaşlıq, yüksək etimad, Azərbaycanla Özbəkistan münasibətlərini bugün təsvir edən əsas ifadələr elə bunlardır. İllərin sınağından keçən əlaqəlır bugün dövrünün ən yüksək zirvəsindədir.
Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biridir. İki ölkə həm də üzv olduğu Türk Dövlətləri Təşkilatının güclənməsinə əvəzsiz töhvə verir. Dünya düzəninin dəyişdiyi bir vaxtda bu münasibətlərin dəyəri və əhəmiyyəti özünü daha da qabarıq şəkildə göstərir. Ötən illərdə Azərbaycan və Özbəkistan əlaqələri strateji, daha sonra isə müttəfiqlik səviyyəsimə qədər yüksəlib. İki ölkə arasında həm iki tərəf, həm beynəlxalq müstəvidə inkişaf edir. Rəsmi Bakının reqion və dünyada artan nüfuzu, naliyyətləri, bir çox çağırışların öhdəsindən layiqincə gəlməsi bütün Mərləzi Asiya ölkələrinin diqqətindədir. Azərbaycan bugün milli maraqlarının müdafiəsi baxımından bu dövlətlərə nümunədir.

Azərbaycan- Özbəkistan həm də bütün türk dünyasının qüdrətli dövlətləri hesab olunur. İki ölkə arasında öz reqionlarının inkişafına töhvə verir, həm də beynəlxalq müstəvidə vacib oyunçulardlr. Özbəkistan Prezidentinin Şafkat Mirziyoyevin Azərbaycana dövlət səfəri bu münasibətlərin inkişafına verilən dəyərin göstəricisidir.

Özbəkistanla bizim tarixi münasibətlərimiz var. Ortaq mədəniyyətimiz, ortaq tariximiz var. Və bugün də bu münasibətlər daha da artmaqdadır. Qarşılıqlı investisiya qoyulması, iqtisadiyyatın daha önəmli sahələrini əhatə edəcək istiqamətlər üzrə müqavilələrin bağlanması gündəmdədir. İstər siyasi, istər iqtisadi cəhətdən ölkələr bir- biri ilə sıx əməkdaşlıq edir. İki qardaş xalq arasında ticarət dövriyyələrinin artması ilə yanaşı enerji, nəqliyyat, kənd təsərrüfatı və sənaye sahəsində əməkdaşlıq gündən günə artır. Son 20 ildə ölkəmiz qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanan uğurlu daxili və xarici siyasət yürüdür. Mərkəzi Asiya ölkələri ilə, xüsusilə, Özbəkistan münasibətləri sürətlə genişlənir.

Özbəkistan türk dünyasının tarixinin başladığı, hər şeyin davam etdiyi yerdədir. Azərbaycanın rolu Avropaya, digər Qərb ölkələrinə çox yaxın olan mühum ticarət postu olmağındadır. İki böyük ölkə olaraq bizi ortaq adət- ənənələrimiz, ortaq tariximiz, ortaq kimliyimiz və gələcəyə olan arzularımız birləşdirir.

Sevda Sadıqova
Şəki şəhəri 11 nömrəli məktəbin müəllimi, YAP fəalı

Oxşar Xəbərlər

Back to top button