Analitika

Azərbaycan və Özbəkistan strateji tərəfdaşlığı

Prezident İlham Əliyevin səfərini Özbəkistana etməsi ikitərəfli münasibətlərin yüksək səviyyəsinin, xalqlarımızın qardaşlığının və dostluğunun təzahürü, ölkələrimiz arasında qardaşlıq, dostluq münasibətlərinin möhkəm təməlinin təsdiqidir.

Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlərin əsasını ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyətlər və dil təşkil edir. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib. Münaqişə səbəbindən Ermənistanla soyuq münasibət də bunu təsdiq edir. Vətən müharibəsində Zəfərimiz münasibətilə Azərbaycanı ilk təbrik edənlərdən biri də məhz Özbəkistan Prezidenti Şavkat Mirziyoyev idi.

Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin imzaladığı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” və ümumi sayı iyirmiyə yaxın olan, bir çox sahələrdə qarşılıqlı əməkdaşlıq barədə sənədlər imzalanıb.

Hacıqabulda avtomobillərin birgə istehsalının, İpəkçilik sahəsində əməkdaşlığın, maşinqayirma, hasilat, neft kimyası, əczaçılıq, tikinti materialları və hazır tekstil malları, qida məhsulları, zərgərlik məmulatları istehsalı və şərabçılıq sahələrində onlarca yeni layihənin reallaşması məqsədilə birgə investisiya fondunun işə salınması, nəqliyyat kommunikasiyalarının inkişafı, Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımaların həcminin artırılması barədə razılığa gəlinməsi, aqrosektorun rəqəmsallaşdırılması üzrə qarşılıqlı fəaliyyətin layihələndirilməsi, nəhayət, ən əsası hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlıq Özbəkistan-Azərbaycan münasibətlərinin gələcək perspektivlərindən, strateji tərəfdaşlığın dərinləşməsindən xəbər verir.Bu, Azərbaycanla Özbəkistan arasında dostluğun, əsl qardaşlığın rəmzidir. Azərbaycan-Özbəkistan əlaqələrinin gələcək inkişafı üçün möhkəm baza mövcuddur. Möhkəm təməl uğurların başlanğıcı olmaqla yanaşı, sonrakı proseslərin də müsbət istiqamətdə daha sürətlə inkişafına stimul verir ki, bunu iki dost ölkənin münasibətlərində aydın görürünür.

Dövlətimizin başçısı Ilham Əliyev bildirib: “Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana edib. Bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirir”.

Mətanət Cəfərova,
YAP-ın fəalı.

Oxşar Xəbərlər

Back to top button