Analitika

Azərbaycan və NATO arasındakı əlaqələr qarşılıqlı hörmət və inam prinsiplərinə söykənir

Azərbaycan beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Respublikamız xoş mərama əsaslanan təşəbbüsləri ilə üzv olduğu beynəlxalq təşkilatların gündəliyinin müasir çağırışlara adekvat müəyyənləşməsində mühüm rol oynayır. Eyni zamanda, NATO-nun üzvü olmayan Azərbaycan qurumun etibarlı tərəfdaşı qismində çıxış edir. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 14-də Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq arasında keçirilən görüş, dövlət başçımızın Şimali Atlantika Şurasının iclasında iştirak etməsi və verdiyi Bəyanat, həmçinin tədbirlərdə NATO-nun yüksəksəviyyəli rəsmilərinin səsləndirdikləri fikirlər bir daha təsdiqləyir. Gələn il Azərbaycanla NATO arasında əməkdaşlıq əlaqələrinin qurulmasının 30 ili tamam olacaq. Müstəqil Azərbaycan NATO ilə əlaqələrin intensivləşməsinə və etimad mühitinin möhkəmlənməsinə böyük önəm verir. Bunu Prezident İlham Əliyev Brüsseldə keçirilən tədbirlərdə növbəti dəfə diqqətə çatdırıb. “Mən NATO-nun mənzil-qərargahına yeddinci dəfədir ki, səfər edirəm. Bütün bunlar bizim əməkdaşlığımızın dinamizmini göstərir”, – deyə dövlətimizin başçısı NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirilən birgə mətbuat konfransında vurğulayıb. Bütövlükdə, Brüsseldə Prezident İlham Əliyevin iştirakı ilə baş tutan tədbirlərdə də vurğulandığı kimi, Azərbaycanla NATO arasında əməkdaşlıq öz səmərəliliyi ilə diqqət çəkir. İlk növbədə, onu vurğulamaq yerinə düşər ki, hazırda respublikamız NATO-da təmsil olunan bir sıra ölkələrlə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bu gün NATO-nun 20-yə yaxın üzv ölkəsi Azərbaycandan neft idxal edir. Həmçinin qurumda təmsil olunan  4 ölkə, o cümlədən Türkiyə Azərbaycandan “mavi yanacaq” alır. Hazırda Xəzərdə zəngin karbohidrogen resurslara malik Azərbaycan enerji təhlükəsizliyi baxımından ciddi çətinliklərlə üzləşən “qoca qitə” üçün yeni mənbə və şaxələndirilmiş nəql marşrutlarına malik ölkə kimi dəyərləndirilir. Brüsseldə keçirilən görüşlərdə respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfələr yüksək dəyərləndirilib. Vurğulanıb ki, Azərbaycan enerji resurslarının, o cümlədən də qazın ixrac həcmlərini və coğrafiyasını daha da genişləndirə bilər.Ölkəmiz 2017-2020-ci illərdə  NATO-Rusiya və ABŞ-Rusiya arasında yüksək vəzifəli hərbçilərin 7 görüşünə ev sahibliyi edib. Belə mötəbər görüşlərin keçirilməsi üçün Azərbaycanın seçilməsi beynəlxalq səviyyədə ölkəmizə olan böyük inamın ifadəsidir.  Hazırda ölkəmizlə NATO arasında əməkdaşlıq əlaqələri “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində uğurla inkişaf edir. Perspektivdə tərəflər arasında yeni sazişin imzalanması nəzərdə tutulub.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button