AnalitikaGündəmSiyasət

Azərbaycan və Macarıstanın praqmatik və qarşılıqlı faydalı əməkdaşlıq modeli

Azərbaycanın xarici siyasətində Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlıq  xüsusi yer tutur. Prezident İlham Əliyevin mayın 20-də Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə dost ölkəyə işgüzar səfəri də bunun bariz nümunəsidir. Geosiyasi baxımdan mürəkkəb və dəyişkən mühitdə Azərbaycan balanslı, çevik və məqsədyönlü siyasət həyata keçirməklə beynəlxalq münasibətlər sistemində mühüm aktora çevrilmişdir. Bu baxımdan Prezident İlham Əliyevin Macarıstana səfəri Azərbaycanın Mərkəzi Avropa üçün, xüsusilə enerji təhlükəsizliyi sahəsində artan strateji əhəmiyyətinin və Bakının dost Aİ ölkələri ilə tərəfdaşlıq əlaqələrini genişləndirmək istəyinin bariz nümunəsi oldu. Səfər Avropada davam edən mürəkkəb geosiyasi vəziyyət fonunda baş tutdu. Xarici çağırışlara baxmayaraq, Azərbaycan və Macarıstanın praqmatik və qarşılıqlı faydalı əməkdaşlıq modeli hər iki ölkənin suveren xarici siyasət yanaşmasını nümayiş etdirdi. Bunu səfər çərçivəsində səsləndirilən fikirlər və birgə bəyanatlar da təsdiqlədi.

Macarıstanda işgüzar səfərdə olan dövlət başçısı İlham Əliyevin bu ölkənin  Baş naziri Viktor Orbanla keçirdiyi məhdud və geniş tərkibdə görüşlər, həmçinin liderlərin mətbuata bəyanatları iki ölkənin münasibətlərinin dünəninə, bugününə baxış olmaqla yanaşı, perspektivlərə işıq salır.  Macarıstanan Baş naziri Viktor Orban Prezident İlham Əliyevin  səfərinə yüksək dəyərini “Biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə – diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub” fikirləri ilə ifadə etdi.

Azərbaycan və  Macarıstanın digər beynəlxalq təşkilatlarla yanaşı,  Türk Dövlətləri Təşkilatı çərçivəsində də uğurla əməkdaşlıq etdiyini önə çəkərək vurğulayıb ki, 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi olan və təşkilatla əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verən Macarıstanın paytaxtı Budapeştdə TDT-nin Nümayəndəlik Ofisi fəaliyyət göstərir. Dövlət başçısı İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinə  Macarıstanın dəstəyi bu ölkənin təşəbbüsü ilə mayın 21-də keçirilən tədbir oldu. Birinci Zirvə görüşü keçən il Şuşa şəhərində keçirilmişdir.Əminliklə söyləmək olar ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq, Azərbaycan-Macarıstan əlaqələrində yeni mərhələ olacaq.

Hidayət Səmədov,
YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button