Analitika

Azərbaycan və Macarıstan arasındakı əlaqələr möhkəm təməllər üzərində qurulmuşdur

Azərbaycanla Macarıstan arasında sıx əlaqələr mövcuddur. Şərqi Avropada yeləşən Macarıstan ölkəmiz müstəqillik qazandıqdan sonra münasibətlər dahada inkişaf etməkdədir. Azərbaycan və macar xalqlarını ortaq dəyərlər bir-birinə bağlayır və bütün bunlar iki dövlət arasındakı əlaqələrə daha müsbət təsir göstərir. Həmçinin bu görüşlərdə diplomatik münasibətlərin qurulmasının digər qitə ölkələri üçün böyük əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyevin bu gün ki səfəri bunu bir daha təsdiq etdi. Ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi, müxtəlif sahələrdə münasibətlərin inkişafı istiqamətində müzakirələr aparılıb. Hal hazırdada ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir. Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzalayıblar. Azərbaycanla Macarıstan arasında əsas müzakirə olunan məsələ qaz nəqli sahəsində əməkdaşlıq olub. Hazırda Rusiya – Ukrayna müharibəsinin davam etməsi səbəbindən Avropa qitəsində enerji təhlükəsi məsələsi aktualdır. Qitə ölkələri müxtəlif yollarla problemdən çıxış imkanları axtarırlar.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görüş zamanı bu fikirləri səsləndirmişdir. “Deyə bilərəm ki, son bir il ərzində Azərbaycana enerji resurslarının təchizatı ilə bağlı 10-dan çox ölkədən sifarişlər gəlmişdir, xahişlər edilmişdir. Deyə bilərəm ki, bütün bu təkliflər indi müzakirə edilir və adi qaydada müəyyən bürokratik prosedurları nəzərə almaq şərtilə müzakirə olunur və sonra əlbəttə ki, qərarlar qəbul ediləcək. Amma Macarıstanla Azərbaycan arasında təbii qaz sahəsində əməkdaşlığa dair bu gün imzalanmış sənəd deyə bilərəm ki, cəmi üç gün ərzində hazırlanmışdır və bu gün imzalanmışdır. Yəni, üç gün, özü də bu, “weekend” günləri idi. Amma o yetərli oldu ki, biz çox önəmli strateji addımı bu gün ataq və öz imzamızı qoyaq. Bu, bir daha əlaqələrimizin nə qədər səmimi olmasından xəbər verir. Əlaqələrimizin ən böyük dəyəri məhz budur – qarşılıqlı etimad, qarşılıqlı hörmət və qarşılıqlı maraqlar üzərində birgə fəaliyyətimiz”.

Bunlara əsaslanaraq deyə bilərik ki, bu əlaqələrin güclənməsi yaxın gələcəkdə öz müsbət təsirini göstərəcək.

Sübhan Ərəbi,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button