Analitika

Azərbaycan və Macarıstan arasında əlaqələrin perspektivinin hər iki ölkə üçün olduqca mühüm əhəmiyyət kəsb edir

Macarıstan öz tarixi köklərinə qayıdaraq türk dövlətləri ilə yüksək səviyyədə əlaqələrin qurulmasında və gələcəkdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv olmaqda maraqlı olması Azərbaycan və Macarıstan arasında əlaqələrin perspektivinin hər iki ölkə üçün olduqca mühüm əhəmiyyət kəsb etdiyini deməyə əsas verir. Eyni zamanda, iki ölkə bir çox beynəlxalq təşkilatda uğurla təmsil olunmaqla yanaşı, beynəlxalq müstəvidə bir-birlərinə qarşılıqlı dəstək nümayiş etdirirlər. Bu baxımdan deməliyik ki, Azərbaycan Macarıstanın Cənubi Qafqazda, Xəzər hövzəsi regionunda və Türk dünyasında, Macarıstan isə Avropada ölkəmiz üçün siyasi, iqtisadi, humanitar sahələr başda olmaqla bir çox istiqamətlərdə strateji tərəfdaşlardan biridir. acarıstanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri üzrə həyata keçirdiyi xarici siyasətin mühüm istiqamətlərindən biridir. Macarıstan hazırkı dövrdə orta güc hesab edilir. Yəni, Macarıstan 191 ölkə arasında ümumi daxili məhsulun (ÜDM) həcminə görə 57-ci, adambaşına düşən ÜDM həcminə görə isə 58-ci pillədə qərarlaşıb. Sənaye və texnologiya sektorları sürətlə inkişaf edən bu ölkə dünyanın 35-ci ən böyük ixracatçısı və 34-cü ən böyük idxalatçısı hesab olunur. Çox yüksək həyat standartları olan Macarıstan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələr arasında yüksək gəlirli iqtisadiyyata sahib olması ilə seçilir. Onu da qeyd edək ki, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə ciddi investisiya yatırımı və ticarət dövriyyəsini əks etdirən ciddi rəqəmlər mövcuddur. İndiyə qədər Macarıstan tərəfindən Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində (əsasən neft-qaz sahəsi), Azərbaycan isə Macarıstana 18,1 milyon ABŞ dolları investisiya yatırıb. 2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil etmişdirsə, 2022-ci ildə isə 47,4 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 34,81 faiz artım deməkdir. Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa olduqca mühüm önəm verir. Bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol bütün dünyaya məlumdur. Macarıstan da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola mühüm əhəmiyyət verir. Dost ölkə Macarıstan Cənub Qaz Dəhlizi layihəsini ilk gündən dəstəkləyir və bu layihəyə öz marağını nümayiş etdirib. CQD-nin Məşvərət Şurasının 2023-cü ilin fevralında Bakıda keçiriləcək illik iclasında Macarıstanın xarici işlər və ticarət nazirinin iştirakının da nəzərdə tutulması, şübhəsiz ki, Macarıstanın Cənub Qaz Dəhlizi layihəsinə olan münasibətinin əyani təzahürüdür.

Kənan Abdullayev,
Nizami Rayon İcra Hakimiyyəti başçısının 3№-li SİƏD üzrə məsul işçi

Oxşar Xəbərlər

Back to top button