Azərbaycan və Gürcüstanın gələcək münasibətləri mühüm əhəmiyyətə malikdir
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin noyabr ayının 18-də qurulmuşd. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Azərbaycan ilə Gürcüstan arasında müstəqillikdən sonra yaranan münasibətləri iki mərhələyə bölmək olar. Birinci mərhələ 1991-ci ildən 1993-cü ilə qədər olan müddəti əhatə edir. Zviad Qamsaxurdiya dövründə yaranan gürcü millətçiliyi yerli azərbaycanlılara qarşı çevrildi. Gürcü millətçiliyi Qafqazda Azərbaycanın milli mənafeyinə təhlükə törədirdi. 1993-cü ildə Heydər Əliyevin və Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi Cənubi Qafqazda iki xalq arasında ziddiyyətlərin aradan qalxmasına kömək etdi. Azərbaycanla Gürcüstanı aşağıdakı siyasi xətlər birləşdirir: Bildiyimiz kimi ölkənin XİN rəhbəri də Bakıya səfər edib.
Bu konteksdə ikitərəfli qarşılıqlı səfərlər Azərbaycan- Gürcüstan münasibətlərinin gələcəyi baxımdan vacib əhəmiyyətə malikdir. Bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, ötən il bir neçə dəfə Cənab Prezident İlham Əliyevin Tbilisiyə səfərləri olub. Həmçinin Gürcüstan rəhbərliyinin, baş nazirinin də Azərbaycana bir neçə səfəri reallaşıb və qısa bir müddət ərzində baş tutan bu qarşılıqlı səfərlər, dövlət başçıları və müxtəlif rəsmi şəxslər səviyyəsində işgüzar əlaqələrin daim dərinləşdirilməsi Azərbaycan və Gürcüstanın gələcək münasibətləri baxımından mühüm əhəmiyyətə malikdir. Çünki Cənubi Qafqazın lider ölkəsi kimi Gürcüstan hər zaman Azərbaycanla münasibətlərə böyük önəm verib. Hətta Gürcüstan Azərbaycan və Ermənistan arasında da sülh danışıqlarının növbəti mərhələsində bir məkan olmaq üçün də müraciət etmişdir. Hesab edirəm ki, Azərbaycanla Gürcüstanın əlaqələri iqtisadi baxımdan daha da dərinləşəcək. Bütün bunlar iki ölkə arasında rəsmi səviyyəli işgüzar görüşlərin mütəmadi və çevik keçirilməyini labüd edir.
Bəhruz Rüstəmov,
YAP-ın fəalı