Analitika

Azərbaycan və Çin arasında siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində uğurlu əməkdaşlıq mövcuddur

Azərbaycan və Çin arasında dostluq münasibətlərinin əsası təməli “2000 il əvvəl qoyulmuşdur.  İki xalq arasında siyasi-iqtisadi və dostluq əlaqələri sürətlə inkişaf edib. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni mərhələyə qədəm qoyub. Ulu öndər Heydər Əliyevin 1994-cü ildə Çinə rəsmi səfəri ilə yüksək səviyyəli əlaqələrin əsası qoyulub. Ulu Öndərin  siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də BMT Təhlükəsizlik Şurasının daimi üzvü, iqtisadiyyatın həcminə görə dünyada ikinci dövlət olan Çin ilə münasibətlərin inkişafını daim diqqət mərkəzində saxlayaraq ölkələr arasında iqtisadi, humanitar və mədəni sahələrdə inkişafa daha da təkan verib.” Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü «Bir kəmər, bir yol» təşəbbüsünə dəstək verən ilk ölkələrdən biri olub. Azərbaycan Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bu baxımdan, Azərbaycan nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malikdir. Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, ümumilikdə Avrasiya regionunda yerləşən ölkələr üçün də iqtisadi baxımdan yeni imkanlar açır. Dünyanın ən böyük ixracatçı və ikinci ən böyük idxalçı ölkəsi olan Çinin də bu dəmir yoluna marağı yüksəkdir. Prezident İlham Əliyev cari ilin 22 iyul tarixində «China Global Television Network» televiziya kanalına verdiyi müsahibədə COVID-19 pandemiyasına qarşı mübarizədə Çinin Azərbaycana göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini, Çindən alınmış peyvəndlər sayəsində Azərbaycanın vaksinasiya prosesinə başlayan ilk ölkələrdən olmasını həmrəyliyin nümunəsi kimi dəyərləndirib. Bildirib ki, ikitərəfli əlaqələrdə əldə etdiyimiz nailiyyətlər çox uzun bir yolun başlanğıcıdır. Bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür. Azərbaycan işğaldan azad etdiyi ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirir. Çinin bir çox şirkətləri də bu işlərdə iştirak üçün müraciət edib. Dövlət başçımız Azərbaycan Çin şirkətlərinin bu layihələrə daha fəal şəkildə cəlb olunmasını dəstəkləyir. Bu gün Çinlə əməkdaşlıq sahələrinə yaşıl enerji də əlavə edilir. Azərbaycanın yaşılı enerji ilə bağlı böyük potensialı mövcuddur. Eyni zamanda, ölkəmizin enerji siyasətində yaxın onilliklər üçün müəyyən etdiyi yeni istiqamət yaşıl enerji siyasətidir. Çin ilə bu sahədə əməkdaşlığın qurulması həmin ölkənin texnoloji nailiyyətləri ilə bağlıdır. İki ölkənin yaşıl enerjinin istehsal edilməsi istiqamətində səyləri birləşdirməsi qarşılıqlı maraqlara əsaslanır. Bərpaolunan enerjinin təkcə bizim ölkə üçün yox, həm də bütün region üçün çox böyük potensialı var.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button