GündəmOrdu

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir

Türkiyədə səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə İstanbulda keçirilən “Sülhün Müdafiəçisi – 2025” beynəlxalq təlimini izləyib.

Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən “Aktualinfo.az”-a verilən məlumata görə, sonra Konyaya gələn Azərbaycan Ordusunun Baş Qərargah rəisi “Anadolu Qartalı – 2025” beynəlxalq təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak edib.

Təlimin planlaşdırma prosesi, ssenarisi, məqsədi və tapşırıqların yerinə yetirilmə ardıcıllığı barədə qonaqlara ətraflı məlumat verilib.

“Anadolu Qartalı – 2025” təliminə Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup pilot və texniki heyəti ilə yanaşı aviasiya vasitələri cəlb olunub.

Səfər çərçivəsində Kərim Vəliyev Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Mətin Gürak və Milli Müdafiə Universitetinin rektoru Erhan Afyoncu ilə görüşüb.

Görüşlərdə Azərbaycan və Türkiyə arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın perspektivləri müzakirə olunub. Strateji müttəfiqliyimizin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.

Tərəflər hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Oxşar Xəbərlər

Back to top button