Analitika

Azərbaycan-Tacikistan əlaqələrinin inkişafında dövlət başçılarının şəxsi dostluq münasibətləri mühüm rol oynayır

“Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Həmçinin iki ölkə arasında münasibətlərinin uğurlu inkişafı məhz ötən əsrin 90-cı illərinin əvvəllərindəki çətinliklərin, ictimai-siyasi sabitliyin pozulmasının, vətəndaş müharibəsinin nəticəsidir. Məhz, həmin dövrdə Azərbaycanda ümummilli lider Heydər Əliyev, Tacikistanda isə Prezident Emoməli Rəhmon xaos, anarxiya, özbaşınalıq vəziyyətini sabitlik və inkişaf səhifəsi ilə dəyişdilər. Bunun nəticəsidir ki, hazırda Tacikistan və Azərbaycan iki sabit dövlət olaraq inkişaf edirlər. Bu gün artıq Azərbaycan ilə Tacikistanı tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər birləşdirir”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir: “Ölkələr arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. Elə Prezident İlham Əliyevin Tacikistana indiyədək altı dəfə səfər etməsi bunu bir daha sübut edir. İki ölkə arasında ümumilikdə 70-dən çox sənəd imzalanıb. Onu da qeyd etmək yerinə düşər ki, Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfəri çərçivəsində Azərbaycan ilə Tacikistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə də imzalanıb”.

“Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi Azərbaycanı Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib” – deyən Ramil Vəlibəyov əlavə edib ki, bu gün Mərkəzi Asiya ölkələrindən, hətta, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz Azərbaycanın ərazisindən həyata keçirilir. Bu da heç şübhəsiz Azərbaycana marağı getdikcə artırır. Orta Dəhliz və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizi də Tacikistandan yükgöndərənlər üçün cəlbedici logistik layihədir.

Oxşar Xəbərlər

Back to top button