
Prezident İlham Əliyevin Slovakiya RespublikasınınPrezidenti Peter Pelleqrinin Azərbaycana səfəriçərçivəsində Şuşada mətbuata verdiyi bəyanat iki ölkəarasında münasibətlərin hazırkı səviyyəsini və gələcəkinkişaf perspektivlərini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan iləSlovakiya arasında siyasi əlaqələr yüksək səviyyədədirvə bu münasibətlər qarşılıqlı hörmət, etimad vəbərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanır. Sonillərdə intensivləşən yüksək səviyyəli qarşılıqlı səfərlərdə münasibətlərin davamlı inkişaf etdiyini təsdiqləyir.
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarasında əməkdaşlığın uğuru ilk növbədə siyasietimadın möhkəmliyindən asılıdır. Azərbaycan iləSlovakiya arasında formalaşmış münasibətlər də məhzbu prinsip üzərində qurulub. Prezident İlham ƏliyevinSlovakiyaya rəsmi səfəri və Prezident PeterPelleqrininin Azərbaycana səfəri göstərir ki, hər ikiölkə ikitərəfli əlaqələrin daha da genişləndirilməsindəmaraqlıdır. Bu səfərlər yalnız diplomatik protokolxarakteri daşımır, eyni zamanda konkret nəticələrəhesablanmış siyasi dialoqun davamı kimi çıxış edir.
Prezident İlham Əliyevin bəyanatında xüsusi yer tutanməsələlərdən biri 2024-cü ildə Azərbaycan iləSlovakiya arasında imzalanmış Strateji Tərəfdaşlığadair Birgə Bəyannamə oldu. Bu sənəd iki ölkəmünasibətlərində yeni mərhələnin başlanğıcını qoyaraqəməkdaşlığın uzunmüddətli inkişaf istiqamətlərinimüəyyənləşdirdi. Strateji tərəfdaşlıq statusu təsadüfişəkildə əldə edilmir. Bu, tərəflərin bir-birini etibarlıtərəfdaş kimi qəbul etməsinin, ortaq maraqlarınmövcudluğunun və əməkdaşlığın gələcəyinə dair vahidbaxışın göstəricisidir.
Dövlət başçısının qeyd etdiyi kimi, BirgəBəyannamənin müddəalarının həyata keçirilməsi artıqkonkret nəticələrlə müşayiət olunur. Bu günAzərbaycan ilə Slovakiya arasında siyasi dialoqmüntəzəm xarakter daşıyır, müxtəlif dövlət qurumlarıarasında əməkdaşlıq genişlənir, iqtisadi və humanitaristiqamətlər üzrə yeni təşəbbüslər irəli sürülür. Bu faktonu göstərir ki, imzalanmış sənəd formal xarakterdaşımır, əksinə, münasibətlərin inkişafı üçün realfəaliyyət proqramına çevrilib.
Prezident İlham Əliyev vurğuladı ki, fəal siyasitəmasların davam etdirilməsi və birgə layihələrinuğurla həyata keçirilməsi güclü siyasi iradəninmövcudluğunu tələb edir. Həqiqətən də, beynəlxalqtəcrübə göstərir ki, dövlətlər arasında əldə olunanrazılaşmalar yalnız siyasi rəhbərliyin qətiyyətlimövqeyi olduğu halda uğurla reallaşa bilir. Azərbaycan ilə Slovakiya arasında münasibətlərinbugünkü inkişaf dinamikası da məhz hər iki ölkərəhbərliyinin əməkdaşlığa verdiyi yüksək əhəmiyyətinnəticəsidir.
Yüksək səviyyəli siyasi dialoq digər istiqamətlərdəəməkdaşlığın genişlənməsi üçün də möhkəm zəminyaradır. Bu gün iki ölkə arasında iqtisadimünasibətlərin inkişafı üçün əlverişli imkanlarmövcuddur. Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat-logistika infrastrukturu və əlverişliinvestisiya mühiti Slovakiya şirkətlərinin ölkəmizdəfəaliyyətini genişləndirməsinə şərait yaradır. Eynizamanda Slovakiyanın sənaye, avtomobil istehsalı, innovasiya və yüksək texnologiyalar sahəsindəqazandığı təcrübə Azərbaycan üçün də maraq doğuranistiqamətlərdəndir.
Enerji sahəsi də Azərbaycan–Slovakiya əməkdaşlığınınmühüm istiqamətlərindən biridir. AzərbaycanAvropanın enerji təhlükəsizliyində mühüm rol oynayanölkələrdən biri kimi etibarlı tərəfdaş statusunu daha damöhkəmləndirib. Cənub Qaz Dəhlizi vasitəsilə Avropabazarına təbii qazın nəqli, bərpaolunan enerjilayihələrinin sürətlə inkişaf etdirilməsi və yaşıl enerjiixracı istiqamətində həyata keçirilən layihələrSlovakiya ilə əməkdaşlıq üçün də yeni imkanlaryaradır. Avropa İttifaqının üzvü olan Slovakiyanınenerji təhlükəsizliyinə verdiyi önəm bu sahədətərəfdaşlığın perspektivlərini daha da artırır.
İkitərəfli münasibətlər yalnız iqtisadi və enerji sahələriilə məhdudlaşmır. Təhsil, elm, mədəniyyət, turizm vəhumanitar əməkdaşlıq da əlaqələrin mühümistiqamətlərindəndir. Xalqlar arasında qarşılıqlıanlaşmanın möhkəmləndirilməsi, universitetlərarasıəməkdaşlıq, tələbə mübadiləsi proqramları və mədənilayihələrin həyata keçirilməsi münasibətlərinuzunmüddətli inkişafına mühüm töhfə verir.
Şuşada keçirilən görüşün özü də xüsusi siyasi vəsimvolik əhəmiyyət daşıyır. Azərbaycanın mədəniyyətpaytaxtı olan Şuşa bu gün beynəlxalq diplomatikgörüşlərin keçirildiyi mühüm məkana çevrilib. Xaricidövlət başçılarının və yüksək səviyyəli nümayəndəheyətlərinin Şuşaya səfərləri Azərbaycanınsuverenliyinə və ərazi bütövlüyünə göstərilən hörmətinifadəsi olmaqla yanaşı, işğaldan azad olunmuşərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuqişlərinin beynəlxalq ictimaiyyət tərəfindən yüksəkqiymətləndirildiyini də nümayiş etdirir.
Prezident İlham Əliyevin bəyanatında ifadə olunanfikirlər göstərir ki, Azərbaycan ilə Slovakiya arasındamünasibətlər yalnız bugünkü əməkdaşlıqlaməhdudlaşmır. Tərəflər gələcək inkişaf istiqamətlərinidə aydın müəyyənləşdiriblər. Qarşılıqlı etimad, siyasiiradə və ortaq maraqlar bu əməkdaşlığın əsas dayaqlarıkimi çıxış edir. Strateji tərəfdaşlıq haqqında BirgəBəyannamənin uğurla icra olunması isə münasibətlərindaha da dərinləşməsi üçün möhkəm əsas yaradır.
Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xaricisiyasət kursu Avropa dövlətləri ilə münasibətlərininkişafına xüsusi önəm verir. Slovakiya iləəməkdaşlığın genişlənməsi də bu siyasətin uğurlunəticələrindən biridir. Dövlət başçılarının müntəzəmgörüşləri, hökumətlərarası əməkdaşlığın genişlənməsivə müxtəlif sahələr üzrə həyata keçirilən layihələrgöstərir ki, ikitərəfli münasibətlər dayanıqlı inkişafmərhələsinə daxil olub.
Prezident İlham Əliyevin Şuşada səsləndirdiyifikirlərdən aydın görünür ki, Azərbaycan ilə Slovakiyaarasında formalaşmış strateji tərəfdaşlıq gələcəkdədaha böyük layihələrin həyata keçirilməsi üçün genişimkanlar açır. Güclü siyasi iradə, qarşılıqlı etimad vəpraktiki əməkdaşlıq bu münasibətlərin əsasını təşkiledir. Məhz bu amillər iki ölkə arasında əlaqələrinbundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinivə həm regional, həm də Avropa məkanında qarşılıqlıfaydalı tərəfdaşlığın daha da möhkəmlənəcəyinigöstərir.
Fidan Əliyeva,
YAP Xətai Rayon Təşkilatı məsləhətçisi



