Azərbaycan sıfırdan yeni şəhər və kəndlər inşa edir
Sentyabrın 29-da Zəngilanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” 2-ci Milli Şəhərsalma Forumu baş tutdu. Forum 2023-cü ilin “Şəhərsalma həftəsi” tədbirləri və BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən birgə təşkil edilmiş tədbirlər çərçivəsində keçirilib.
Forumun işinə nəzər saldıqda 400 nəfər, o cümlədən dünyanın 53 ölkəsindən 200 əcnəbi qonaq iştirak edib, bu barədə məlumatı ölkə başçımız İlham Əliyev öz çıxışında bildirib. Cənab Prezident xüsusi olaraq qeyd edib ki, bu, bizim dostluğumuzun və işğal zamanı tamamilə dağıdılmış ərazilərin bərpa olunmasına ortaq marağımızın əksidir. Forumda çıxış edən ölkə başçımız: “müharibən sonrakı 3 il ərzində o, Azərbaycanın şəhərləri və kəndləri yenidən yaratdığına diqqət çəkib. Buna görə müasir texnologiyalardan istifadə edilməli və artıq qayıdan keçmiş qaçqınlar üçün mümkün olan maksimum şərtləri yaratmalıyıq” – deyə bildirib.
Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev söyləyib ki, bu gün Şərqi Zəngəzur sıfırdan yenidən inşa edilir, bütün Qarabağ kimi. Prezident İlham Əliyev forumda çıxışı zamanı bildirib ki, Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsi idi ki, artıq keçmiş məcburi köçkünlər buraya evlərinə qayıdıblar. Ağalı ağıllı kəndinə həyat qayıdıb, orada sakinlər xoşbəxt yaşayırlar: “Mən şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə qədər bağlıdırlar. Heç vaxt öz vətənini görməyən gənc nəsil qayıdıb. Bu, onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır”.
Zəngilanın Baş planının artıq təsdiq edildiyini bildirən dövlətimizin başçısı deyib ki, burada infrastruktura böyük vəsait ayrılıb, bir neçə yaşayış layihəsi icra olunmaqdadır. “2025-ci ildə, ola bilər bir az da tez Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar”, – deyə Azərbaycan Prezidenti vurğulayıb. “Burada artıq böyük bir məktəb inşa edilməkdədir. Zəngilan məscidinin inşası yekunlaşır. O, ermənilər tərəfindən məhv edilən qədim məscidin yanında inşa edilib”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı deyib. İşğal altında olmuş torpaqlarda 67 məsciddən 65-nin məhv edildiyini, ikisinin isə yarı dağılmış vəziyyətdə olduğunu söyləyən dövlətimizin başçısı bunun Azərbaycana qarşı urbisid və kultursidin təzahürü olduğunu diqqətə çatdırıb.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bildirib ki, Ermənistan kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunan bir rejim idi. İki prezident özləri Xocalı soyqırımında iştirak edənlər idi. Onlar buna cavab verməlidirlər, məsuliyyət daşımalıdırlar. Onlar Azərbaycan torpaqlarını talayanlar idilər.
Nazim Məmmədov,
Xəzər rayonu, 230 saylı tam orta məktəbin müəllimi