
Hər bir dövlət tanınmasında, digərlərindən seçilməsində yetişdirdiyi ziyalıların böyük rolu vardır. Azərbaycan tarix boyu parlaq zəkalı, uzaqgörən ziyalıları ilə tanınmış, rəğbət qazanmışdır. XX əsr elm və mədəniyyət tarixində misilsiz xidmətlər göstərmiş onlarla görkəmli şəxsiyyət ölkəizin adını, nüfuzunu dünya səviyyəsində tanıtmışdır. Belə ziyalılardan biri də Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevadır. Zərifə xanımın tanınmış dövlət və ictimai-siyasi xadim, böyük şəxsiyyət Əziz Əliyevin qızı olması onun dövrünün ziyalı mühitində yetişməsinə, formalaşmasına böyük təsir göstərmişdir.
Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında demişdir: “Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi”
Məhz Zərifə xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi sayılan ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası yaradılmışdır. Zərifə xanımın respublikada yüksək ixtisaslı kadrların hazırlanması, gənc alimlərin və həkim-oftalmoloqların yetişməsində xidmətləri danılmazdır.
Zərifə xanım 1960-cı ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanı uğurla müdafi etmişdir. Traxomanın sosial xəstəlik kimi Azərbaycanda ləğvi məhz Zərifə xanımın araşdırmalarının nəticəsidir. 1977-ci ildə isə “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda uğurla müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini almışdır.
Doktorluq dissertasiyasını müdafiəsindən sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilən Zərifə xanım, 1983-cü ildə Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasına müdir seçilmişdir. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə xanım 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir.
Zərifə xanım Əliyevanın tibbi təcrübə və kadr hazırlığında böyük xidmətləri vardır. Alim bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zərifə xanım Əliyeva haqqında demişdir: “Mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl onun uşaqlığında axtarmaq lazımdır. O bizə tez-tez deyərdi ki, uşaqlıq – insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq – insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir. O, çox xoşbəxt uşaq olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı”.
Görkəmli oftalmoloq-alim, xeyirxah insan, akademik Zərifə xanım Əliyeva elmi xidmətləri ilə Azərbaycanın elm tarixində dərin və silinməz
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının sədri



