Analitika

Azərbaycan şanlı Qələbəmizin yeni reallıqlarını dünyaya qəbul etdirmək üçün ciddi addımlar atır və bunun müsbət nəticələri göz qabağındadır

Azərbaycanın tarixi torpaqlarını 30 il işğal altında saxlayaraq havadarlarının dəstəyi ilə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan, BMT qətnamələrinin icrası barədə düşünməyən Ermənistan tarixi Qarabağ Zəfərimizdən sonra bu “ərköyünlüyünü” davam etdirə biləcəyini düşünsə də, artıq bunun mümkünsüzlüyünün fərqindədir. Ermənistan unudur ki, ölkəmiz artıq 30 il davam edən işğal dövrünün Azərbaycanı deyil. Bu gün sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edən Azərbaycan şanlı Qələbəmizin yeni reallıqlarını dünyaya qəbul etdirmək üçün ciddi addımlar atır və bunun müsbət nəticələri göz qabağındadır. İki ildən çoxdur ki, vəziyyət tamamilə dəyişib. Azərbaycan bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanması təklifini edib. Azərbaycan növbəti diplomatik uğuru ilə dünyanın diqqətində oldu. Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulması İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin son mərhələsi kimi də dəyərləndirilə bilər. Azərbaycan tərəfinin öz suveren ərazisində, sərhəddə nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə legitim qərarı və addımı beynəlxalq hüququn bütün prinsiplərinə və normalarına uyğundur. Ermənistanın Azərbaycanın bu qərarına müdaxiləsi qəbuledilməzdir. Bununla da Məhkəmə Azərbaycanın Ermənistanla şərti dövlət sərhədlərində nəzarət-buraxılış məntəqəsini qurmağa beynəlxalq hüquq əsasında suveren hüquqa malik olduğunu rəsmən tanıdı. Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin Qərarını və beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməkdədir. Ölkəmiz, eyni zamanda, Ermənistanın beynəlxalq hüququn davamlı şəkildə və tarixi ağır pozuntularına görə məsuliyyətə cəlb olunması istiqamətində bütün zəruri tədbirləri davam etdirəcək. Azərbaycanın Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etmək qərarı onun sərhədlərinin mühafizəsi üzrə suveren hüququdur. Həmin məntəqə yaradılandan indiyədək erməni əsilli yerli sakinlər Azərbaycanın daxili və beynəlxalq öhdəlikləri çərçivəsində giriş-çıxışda nəzarətin həyata keçirildiyi məntəqədən sərbəst şəkildə keçirlər.

İslam Bafadarov,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button