Azərbaycan-Rumıniya əlaqələri dərin tarixi köklərə söykənir
Şərqi Avropanın iqtisadi-siyasi və beynəlxalq nüfuza malik dövlətlərindən biri də Rumıniyadır. Hazırda bu dövlət BMT və ATƏT kimi beynəlxalq, Qara dəniz hövzəsi ölkələrinin iqtisadi əməkdaşlıq təşkilatı, Qara dəniz ölkələri Parlament Assambleyası kimi regional təşkilatların üzvü, Avropa Şurasında xüsusi qonaq, Avropa İttifaqının assosiativ üzvü statusunda beynəlxalq məsələlərin həllində fəal iştirak edir.Rumıniyanın beynəlxalq səviyyədə əməkdaşlığa maraq göstərdiyi ölkələr arasında Azərbaycan xüsusi yer tutur. Azərbaycan və Rumıniya arasında mədəni əlaqələrin inkişafı baxımından sovet dövrünü xüsusilə qeyd etmək lazımdır. Sosialist sisteminin aparıcı ölkələrindən olan Rumıniya ilə mədəni əlaqələrin qurulması sovet ideoloji maşınının hərəkət mənbələrindən birini təşkil edirdi. 1948-ci ildə SSRİ və Rumıniya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında imzalanmış müqavilədə beşinci maddə mədəni əməkdaşlığa həsr olunaraq bu sahə üzrə formalar müəyyənləşdirilmişdir. İmzalanmış müqavilənin əsas məzmununu, dünyada mövcud olan sosialist sisteminin mənəvi dayağı sayılan kommunist prinsiplərinin təbliği, “qapalı cəmiyyət” normalarından kənara çıxmamaq rejimi təşkil edirdi.Azərbaycan-Rumıniya əlaqələri tarixdən gələn münasibətlərə söykənir. Mənbələrdə xalqlarımız arasında əlaqələrin təməlinin orta əsrlərdə qoyulduğu bildirlir. Tarixin müxtəlif dönəmlərində enən və yüksələn bu əlaqələr daim xoş mərama əsaslanıb. Azərbaycan ötən əsrin əvvəllərində dövlət müstəqilliyini bərpa etdikdən sonra isə ikitərəfli münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib.2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı statusunda Rumıniyada ilk dəfə rəsmi səfərdə olub. Azərbaycan Prezidentinin Rumıniyanın rəsmiləri ilə keçirdiyi görüşlərdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin perspektivləri, regional əməkdaşlıq, beynəlxalq məsələlər ətrafında geniş müzakirələr aparılıb və yeni təşəbbüslər irəli sürülüb.Azərbaycanın dövlət başçısının dost Rumıniyaya növbəti səfəri bu günlərdə baş tutub. Dekabrın 17-də Buxarestdə Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannis ilə görüşü olub. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu qeyd edilib, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb. Hər iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlığın həyata keçirildiyi bildirilib.Azərbaycanın SOCAR şirkətinin dost Rumıniyada fəaliyyətini ildən-ilə genişləndirməsi məmnunluq doğurur. Hazırda Azərbaycan şirkətinin Rumıniyada 67 yanacaqdoldurma məntəqəsi və 3 yanacaq deposu fəaliyyət göstərir. SOCAR-ın dost ölkədəki işgüzar komandasında 729 işçi çalışır.
Bütün bunları qarşılıqlı əməkdaşlığın ən uğurlu nümunəsi hesab etmək olar.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı