
1993-cü ilin sentyabr ayında Müstəqil Dövlətlər Birliyinin tam hüquqlu üzvü olan Azərbaycan Respublikası öz xarici siyasətində uğurlu bir qərara imza atdı. Ümummilli lider, dahi öndər Heydər Əliyevin uzaügörən, ağıllı siyasi təcrübəsi sayəsində Azərbaycan Respublikası Rusiya Federasiyası və digər MDB-yə üzv olan dövlətlər arasında qarşılıqlı dostluq və əməkdaşlıq sazişinin imzalanması, dövlət başçıları şurasının qərarları ümumi həmrəylik-konvensus yolu ilə qəbul edilmişdir. İnsan hüquq və azadlığının təmin olunması, xarici siyasi fəaliyyətlərin əlaqələndirilməsi, ümumi iqtisadi məkanın formalaşmasında, nəqliyyat və rabitə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, əhalinin sağlamlığının və ətraf mühitin qorunması, sosial və immiqrasiya siyasi məsələlərin, müdafiə siyasətində və xarici sərhədlərin mühafizəsində əməkdaşlıq kimi humanist bir nizamnamənin imzalanması MDB dövlətlərinin birgə fəaliyyət sahəsində uğurlu bir addımdır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin cari ilin 8 oktyabr tarixində Moskvada MDB dövlət başçılarının şurasının iclasındakı çıxışının ugurla qarşılanması Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdi. MDB nin Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə MDB-nin “Mədəniyyət Paytaxtı”elan edilməsi, həm laçınlılar, həm də Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanması xalqımızın dostluq və əməkdaşlıq prinsiplərinə sıx bağlı olmasının bariz nümunəsidir. Növbəti il III MDB oyunlarının keçirilməsinə ev sahibliyi edən Azərbaycan Respublikası idman tədbirlərinin və yarışların Azərbaycanın 10 dan çox şəhərində təşkil olunmasına nail olacaqdır. Bu baxımdan Gəncə şəhərinin “idman paytaxtına” çevrilməsi sevindirici bir haldır.
Müstəqil Dövlətlər birliyinin “nəqliyyat və rabitə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi” və “xarici sərhədlərin mühafizəsi” nizamnaməsinə əsaslanaraq Xəzər dənizi və Xəzəryanı dövlətlər arasında su nəqliyyatının inkişaf etdirilməsi, ölkəmizin bir sıra MDB məkanları ilə “Dəniz iqtisadiyyatı” layihəsinin həyata keçirilməsində tədqirə layiq bir addım olacaqdır. “Bakı Liman Şəhərinin” elan olunması başqa xarici dövlətlərin də ölkəmizlə dəniz iqtisadiyyatına maraq göstərməsi bizim üçün böyük əhəmiyyət kəsb edən bir hadisədir. Xəzər dənizi sahilində yerləşən şəhərlərimizin də sahilyanı dövlərlərlə sıx əməkdaşlığını təmin etməsi Xəzər dənizinin bölgədəki statusunu artıracaqdır. Xəzər dənizində yerləşən adalarda görülən təmir bərpa işləri ölkəmizin iqtisadiyyatına müsbət təsir göstərəcəkdir. Xəzər dənizində su nəqliyyatının bərpası bir sıra MDB məkanları Rusiya, Türkmənistan, Qazaxıstan və s. dövlətlərlə dəniz iqtisadiyyatının inkişafına öz tövhəsini verəcəkdir. Bu da Avropa dövlətlərinin diqqətini Azərbaycanla yeni iqtisadi əlaqələrin inkişafına yönəlməsini təmin edəcəkdir.
Nuranə Əliyeva,
Xəzər rayonu, 322 saylı tam orta məktəbin müəllimi