AnalitikaGündəmSiyasət

Azərbaycan Respublikası və Serbiya Respublikası arasındakı ikitərəfli münasibətlər

İlk olaraq Serbiya Respublikası və Azərbaycan Respublikası arasındakı bənzərliklərə diqqət yetirmək istəyərdim. Hər iki dövlət yerləşdiyi regionda aparıcı dövlət olmaq yolunda əmin addımlarla ilərləyir ki, bu ünsür iki dövlət arasındakı beynəlxalq əlaqələrin möhkəmlənməsi üçün vacib bir rol oynayır.
Belə ki, Serbiya qərbi Balkan regionunda yerləşir, bu regionda iqtisadi və siyasi
güc baxımından ən güclüsü hesab edilir.
Bütün balkan regionunda sadəcə Rumıniya, Yunanistan və Bolqaristandan geri
qalır ki, bunun səbəbi bu hər üç dövlətin Avropa İttifaqının tam hüquqlu üzvü
olmasıdır. Bu daha böyük iqtisadiyyat və daha böyük gəlir deməkdir. Buna görə də son illərdə Serbiya hökuməti eyni ilə Aİ təşkilatına üzv olmaq üçün ciddi
addımlar atmaqdadır. Lakin bütün bunlara baxmayaraq Serbiya sənaye cəhətdən
əsasəndə “avtomobil sənayesi”- də sürətli inkişaf göstərməkdədir. Bundan başqa İT sürətli şəkildə inkişaf edir. Enerji təchizatı və infrastrukturları eyni ilə kənd təsərrüfatı və metallurgiya sahəsində bir çox Avropa ölkəsindən fərqlənir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki Serbiya regiondakı öz mövqeyini gələcəkdə daha da gücləndirəcək hətda ehtimal ki aparıcı dövlətlərdən birinə çevriləcəkdir.
Azərbaycan Respublikası ilə digər bənzər bir cəhəti isə Serbiyanın tranzit
rolunu oynamasıdır. Həm iqtisadi həm mədəniyyət baxımından. Belə ki, Serbiya hökuməti balansı saxlayaraq həm Aİ ölkələri ilə həm Rusya həm də Çin hökuməti ilə stabil beynəlxalq ticari və iqtisadi əlaqələrə sahibdir.
Ən böyük investisiya Aİ tərəfindən qoyulur (Bank və maliyyə sektoru, enerji və yaşıl enerji sahələri) və bu ümumi ölkəyə qoyulan investisiyanın 60-70%- ni təşkil edir.
Serbiyada ən böyük fərdi investor ölkəsi Almaniyadır. Almaniya hökuməti avtomobil hissələri zavodları, elektrik kabelləri, sənaye parkları, orta və kiçik müəssisələr kimi sahələrə investisiyalar qoyurlar.
Bu dövlətlərin sırasında Çin və Rusiya vardır. Çin daha çox metallurgiya və mədən sənayesi üzrə investisiya qoyarkən, Rusiya əsasən enerji infrastrukturu və bank sektoru üzrə yatırımlar edir.
Bu göstəricilər Serbiya ilə Azərbaycanın xarici iqtisadi siyasətinin nə dərəcədə çox bənzər olduğunu göstəricisidir. Eynən Azərbaycan Respublikası ölkə

ərazisinə Avropa və Asiya ölkələrindən gələn investisiyalara açmışdır. Bu göstəricilər bizi iki dövlət olaraq həm xarici həm daxili siyasətdə birlikdə yüksək səviyyədə əməkdaşlıq edə biləcək vəziyyətdə olduğumuz nəticəsinə gətirir.
Düzdür ilk əlaqələr 1997-ci ildə qurulsa da, son dövrlərdə iki tərəfli münasibətlər daha da güclənmişdir. Bu proseslərin ilkin səbəblərini yazdıq indi isə digər səbəblərinə keçək.
Serbiyanın artan enerji aslılığı. Bildiyimiz kimi Serbiya torpaqlarında neft və təbii qaz yataqları mövcud olsa belə bu neft və qaz ehtiyatları ölkənin daxili tələbatlarını tam ödəmir. Bunun üçün Serbiya hökuməti Rusiyadan yüksək ölçüdə qaz idxal edir ki bu ölkəyə idxal olunan təbii qazın 80%-i təşkil edir. Serbiya hökuməti qaz idxalında Rusiyadan aslılığı azaltmaq üçün Azərbaycan Respublikası ilə bu sahədə əməkdaşlıqlara başlamışdır. 2024-cü ildən etibarən Azərbaycan Serbiyaya təbii qaz ixracına başlamışdır və 2027-ci ilə kimi Serbiya hökuməti xaricdən idxal olunan təbii qazın 20%-i Azərbaycandan idxal
olunmasını planlaşdırmışdır.
Digər bir mövzu isə Rusiyadan neft aslılığını azaltmaqdır. Bu mövzu bizim üçün ciddi bir fürsət ola bilər. Belə ki, nəzərə alaq Serbiya Aİ üzvü olmaq istəyir və bunun üçün çalışdığı qədər Rusiya ilə əlaqələrini daha kiçik bir çərçivədə balanslamalıdır. Eyni zamanda Rusiyadan aslılığını minumum səviyyədə azaltmalıdır. Bunun nəticəsində Serbiya alternativ neft bazarı olan bir ölkə axtaracaqdır ki bu ölkələr içində ən uyğunu Azərbaycan hesab edilə bilər. Bunun səbəbi isə Azərbaycan həm Rusiya həm Aİ ölkələri ilə olduqca yaxşı əlaqələrə malik bir ölkədir.
Ölkələr arası əlaqələrin güclü olması üçün digər bir səbəb isə isti münaqişə
ocaqlarıdır. Bildiyimiz kimi Serbiya və Kosova arasında torpaq iddiası mövzusu mövcutdur. Kosova 100 dən çox ölkə tərəfindən əsasəndə Aİ ölkələri tərəfindən tanınsa belə bir çox BMT ölkəsi həmçinin Rusiya, Çin və Azərbaycan tərəfindən tanınmamaqdadır. Azərbaycanın Kosovanı tanımamasının ən başlıca səbəbi dağlıq qarabağ münaqişəsinin beynəlxalq arenadakı statusu və
Serbiyanın bu münaqişədə Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməsidir. Bu proses hər iki dövləti olduğu qədər, hər iki xalqı bir-birinə yaxınlaşdırmışdır. Əgər bu sahədə düzgün addımlar atılarsa mədəniyyət əlaqələri düzgün qurularsa gələcəkdə “ İki Dost Xalq” adı altında bir çox layihələr qurula bilər.

Belə ki, Serbiya eynən Azərbaycan kimi özündə Avropa və Rusiya memarisini birləşdirir. Yuqoslaviya dövründən qalmış rus təsiri və daha sonra avropalaşmış bir millət və memari. Bu eynən Azərbaycanın SSRİ dövründə aldığı rus təsiri daha sonra müstəqillik dövründə qazandığı Avropa təcrübəsi ilə üst-üstə düşür.
Bu ünsür belə hər iki dövlət arasındakı əlaqələrin güclü olmasında böyük rol
oynayır.

Nihat Rzayev,
Bakı Slavyan Universitetinin tələbəsi

Oxşar Xəbərlər

Back to top button