Analitika

Azərbaycan Respublikası hazırda dünya miqyasında ən nüfuzlu dövlətlərdən biridir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibə vermiş və müsahibəsi zamanı bir çox mühüm məqamlara aydınlıq gətirmişdir. O, Azərbaycan dövlətinin tərəqqisindən, hazırda işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən abadlıq və yenidənqurma işlərindən, şəhərlərimizin inkişafından söz açmışdır. Müsahibəsində, həmçinin ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirən ölkələrdən, müharibə dövründə və ondan sonrakı illər ərzində Azərbaycana qarşı həyata keçirilən təxribat xarakterli işlərdən, Ermənistan ordusunun yenidən müharibəyə hazırlandırılmasından, silahlandırılmasından bəhs etmişdir.

Xaqlımız 20 il əvvəl özünün, tarixinin ən doğru qərarını verdi. O qərar ki xalqımızı tərəqqiyə, inkişafa və tarixə yazılacaq qələbələrə apardı. Məhz 20 il bundan öncə Azərbaycan xalqı İlham Əliyevi prezident seçməklə özünün tarixi gedişatını tamamilə dəyişdirdi. İllər boyu davam edən çətinliklərə son qoyuldu, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsindən bu günə qədər həyata keçirilən bütün tədbirlər sadəcə və sadəcə Azərbaycanın, millətimizin sosial, iqtisadi, elmi, mədəni inkişafına, dünyaya səs salacaq layihələrə və tərəqqiyə xidmət edirdi.

Azərbaycan xalqı öz adını dünya tarixinin səhifələrinə son illərdə  canı-qanı bahasına qazandığı şanlı Zəfərlərlə yazdırdı. Bu gün Azərbaycan Respublikası nəinki öz daxilində və regionda, həmçinin dünya miqyasında ən nüfuzlu, ən güclü dövlətlərdən birinə çevrilmişdir. Xalqımız uzun illər böyük nisgillər, həsrətlər yaşamış, böyük imtahanlardan keçmişdir, lakin Azərbaycan bu sınaqdan müvəffəqiyyətlə çıxmış, özünün ən çətin dövrünü geridə qoymuşdur. Bütün bunları isə, sözsüz ki, dövlət başçısına və orduya olan böyük etimad nəticəsində qazanmaq mümkün olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir dövlət başçısı olaraq, öz xalqının və millətinin rifahını, ölkənin müstəqilliyini hər şeydən üstün tutur. Hakimiyyətə gəldiyi ilk gündən etibarən verdiyi bütün vədləri yerinə yetirən dövlətimizin başçısının müdrik siyasi strategiyası sayəsində bu gün Azərbaycanın adı dünya gündəmindən düşmür. Bu gün Azərbaycan dünyada öz haqq ədalət mübarizəsini şanlı Zəfər ilə qazanmış bir ölkə olaraq tanınır və bundan sonra da məhz belə tanınacaqdır.

Zərxanım Abbasova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button