Analitika

Azərbaycan Qırğızıstanla dostluq münasibətlərinə və qarşılıqlı dəstəyə xüsusi önəm verir

“Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir. Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Qırğızıstan Prezidentinin səfəri çərçivəsində Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasiminin baş tutması, eləcə də Sadır Japarovun təşəbbüsü ilə Ağdam rayonunda orta məktəbin tikintisini Qırğızıstanın vəsaiti hesabına həyata keçirməsi ölkələrimiz və xalqlarımız arasında tarixdən gələn dostluğun və qardaşlığın açıq təzahürüdür.

Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var. Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə səfəri çərçivəsində iki ölkə arasında imzalanmış sənədlər qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində və bütün istiqamətlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsində mühüm rol oynayacaq.

Oxşar Xəbərlər

Back to top button