Analitika

Azərbaycan Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini etibarlı şəkildə davam etdirir

Azərbaycanın Orta Asiyanın türk dövlətləri ilə əlaqələri həmişə geniş olub. İstər Qazaxıstan, istər Özbəkistan, istərsə də Türkmənistanla münasibətlər məzmunca zəngin olması ilə yanaşı, həm də özünəməxsusluğu ilə seçilir. Bunun da əsas səbəbi bu dövlətlərin xalqları ilə ortaq milli-mənəvi dəyərləri bölüşməyimizdir. Bütün türk dövlətləri ilə əməkdaşlığın daim inkişaf etdirilməsi respublikamızın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Türkdilli xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix dövlətlərarası münasibətlərdə də daim öz müsbət təsirini göstərir. Azərbaycanın oxşar kökə bağlı türkdilli dövlətlərlə çox uğurlu əməkdaşlıq tarixçəsi var. Qırğız Respublikasının Prezidenti  Sadır Japarovun Azərbaycana səfəri də bunu təsdiq etdi. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Lakin bu əlaqələr ilk vaxtlar özünün intensivliyi ilə seçilməyib. 1 aprel 2002-ci ildə Qırğızıstan Azərbaycanda Fəxri Konsulunu təyin edib. 16 may 2007-ci ildə Azərbaycan Respublikasının Qırğızıstanda səfirliyi açılıb, 18 yanvar 2008-ci ildə isə Qırğızıstan Azərbaycana yeni səfirini təyin edib. Müstəqilliyin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələri Mərkəzi Asiyanın digər türk dövlətləri ilə olduğu kimi, əsasən, beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirilib. İkitərəfli münasibətlərin genişlənməsində isə ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Azərbaycan Qırğızıstanın çox vacib tərəfdaşıdır. Bu tərəfdaşlıq bir çox sahələri əhatə edir. Bu münasibətlərin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Səfər zamanı imzalanmış sənədlər də məzmun baxımından əhatəlidir və hər iki tərəfin əlaqələrin daha da inkişafında maraqlı olduğunu göstərir. Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri çox önəmlidir. Hələ 2000-ci ildə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi mərasimində Qırğız Respublikasının Prezidenti Ə.Akayev iştirak etmişdir. Bütün  bunlar  onu  deməyə  əsas  verir  ki,diplomatik  əlaqələr  yarandığı  gündən  Qırğızıstan- Azərbaycan  ikitərəfli  əməkdaşlığı  qarşılıqlı  fayda  tərəfdaşlıq,  dostluq əsasında  qurulmuş  və  bütövlükdə  siyasi, ticarət- iqtisadi, elmi- texniki, mədəniyyət  və  digər   sahələrdə  uğurla  inkişaf  etmişdir.  Azərbaycan   digər  türkdilli  dövlətlərlə  olduğu  kimi,  Qırğızıstanla  da  geniş  siyasi-iqtisadi  və mədəni  əlaqələrini  etibarlı  şəkildə  davam  etdirir.

Əyyub Əliyev,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button