
Azərbaycan ilə Qırğızıstan arasında münasibətləryalnız siyasi və iqtisadi maraqlara deyil, həm də ortaqtarixə, dilə, mədəniyyətə və mənəvi dəyərlərəsöykənən möhkəm təməllər üzərində inkişaf edir. Türkdünyasının ayrılmaz hissəsi olan hər iki dövlətqarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslanaraqəməkdaşlığını ildən-ilə daha da genişləndirir. Sonillərdə dövlət başçıları arasında formalaşmış səmimimünasibətlər bu tərəfdaşlığın yeni istiqamətlər üzrəinkişafına, xüsusilə humanitar və mədəni sahələrdəmühüm layihələrin həyata keçirilməsinə genişimkanlar açıb.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfərizamanı səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan və Qırğızıstan arasında əməkdaşlıq yalnızrəsmi sənədlərlə məhdudlaşmır. Hər iki ölkə xalqlarınıyaxınlaşdıran layihələr həyata keçirir, ortaq tarixiyaddaşı və mədəni irsi gələcək nəsillərə çatdırmaqüçün birgə təşəbbüslər irəli sürür. Bu baxımdanhumanitar əməkdaşlıq iki ölkə arasında münasibətlərinən mühüm istiqamətlərindən biri kimi çıxış edir.
Qarabağın yenidən qurulması prosesində Qırğızıstanıngöstərdiyi dəstək Azərbaycan xalqı tərəfindən yüksəkqiymətləndirilir. İşğaldan azad olunmuş Ağdamrayonunda “Manas” adını daşıyan məktəbin inşaolunması bunun ən parlaq nümunələrindən biridir. Butəhsil ocağı sadəcə məktəb deyil, iki qardaş xalqarasında etimadın, həmrəyliyin və qarşılıqlı dəstəyinrəmzidir. Qarabağın dirçəlişinə verilən bu töhfəAzərbaycanın dost ölkələrlə əməkdaşlığının realnəticələrini nümayiş etdirir və bölgədə həyatın yenidəncanlandırılmasına xidmət edir.
“Manas” adı türk xalqlarının zəngin mənəvi irsiniözündə yaşadan böyük bir dastanı ifadə edir. Bu adınQarabağ torpağında fəaliyyət göstərən müasir məktəbəverilməsi həm ortaq mədəni köklərə ehtiramın, həm dəgələcək nəsillərin milli-mənəvi dəyərlər ruhundayetişdirilməsinə verilən önəmin göstəricisidir. Buradatəhsil alacaq uşaqlar dostluq, birlik və qarşılıqlı hörmətkimi ali prinsipləri gündəlik həyatın ayrılmaz hissəsikimi mənimsəyəcəklər.
Humanitar əlaqələrin mühüm istiqamətlərindən biri dəgörkəmli şəxsiyyətlərin irsinin yaşadılmasıdır. Azərbaycan və Qırğızıstan xalqları böyük yazıçıÇingiz Aytmatovun yaradıcılığına xüsusi hörmətbəsləyirlər. Bakıda onun abidəsinin və adını daşıyanparkın yaradılması bu böyük sənətkarın irsinə verilənyüksək qiymətin ifadəsidir. Çingiz Aytmatovun əsərləriinsanlıq, mənəviyyat, vətən sevgisi və milli kimlikkimi ümumbəşəri dəyərləri əks etdirdiyindən, onun irsihər iki xalqın mənəvi yaxınlığını daha da gücləndirənamillərdən biri hesab olunur.
Bakıda Çingiz Aytmatovun adının əbədiləşdirilməsitəkcə bir yazıçının xatirəsinə ehtiram deyil, həm dəAzərbaycan ilə Qırğızıstan arasında mədəni körpünündaha da möhkəmləndirilməsi deməkdir. Onun həyat vəyaradıcılığı ilə bağlı məkanların qorunması, xatirəsininyaşadılması gələcək nəsillərin ortaq mədəni irsi dahayaxından tanımasına imkan yaradır. Belə təşəbbüslərxalqlar arasında qarşılıqlı anlaşmanın və mənəvibağlılığın möhkəmlənməsində mühüm rol oynayır.
Azərbaycan da dost ölkələrlə münasibətlərdə qarşılıqlıdəstək prinsipinə daim sadiq qalır. Bir neçə il əvvəlBişkekdə salınmış Qırğızıstan–Azərbaycan DostluqParkı bunun növbəti nümunəsidir. Park iki ölkəarasında dostluğun, qarşılıqlı hörmətin vəuzunmüddətli əməkdaşlığın rəmzinə çevrilib. Beləlayihələr dövlətlərarası münasibətləri yalnız rəsmimüstəvidə deyil, insanların gündəlik həyatında da hissolunan dəyərlərə çevirir.
Mədəniyyət sahəsində həyata keçirilən birgə tədbirlərdə əlaqələrin inkişafına mühüm töhfə verir. Azərbaycanda Qırğızıstanın, Qırğızıstanda isəAzərbaycanın Mədəniyyət Günlərinin təşkili xalqlarınzəngin mədəni irsi ilə yaxından tanış olmasına şəraityaradır. Musiqi, teatr, rəssamlıq, ədəbiyyat və milliadət-ənənələri əhatə edən bu tədbirlər qarşılıqlı marağıartırır, yeni əməkdaşlıq imkanları yaradır və humanitarəlaqələrin miqyasını daha da genişləndirir.
Təhsil, elm və gənclər sahəsində əməkdaşlıq da xüsusiəhəmiyyət daşıyır. Universitetlər arasında qurulantərəfdaşlıqlar, tələbə mübadiləsi proqramları, ortaqelmi konfranslar və araşdırmalar gələcək əməkdaşlığınmöhkəm təməlinin formalaşmasına xidmət edir. Gəncnəslin bir-birinin tarixi, dili və mədəniyyəti iləyaxından tanış olması gələcəkdə daha sıxinteqrasiyanın təmin olunmasına mühüm təsir göstərir.
Azərbaycan və Qırğızıstan beynəlxalq təşkilatlarçərçivəsində də daim qarşılıqlı dəstək nümayişetdirirlər. Türk dövlətləri arasında həmrəyliyingücləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi vəregional əməkdaşlığın genişləndirilməsi hər iki ölkəninxarici siyasətinin mühüm istiqamətlərindən biridir. Buyanaşma türk dünyasının birliyinin möhkəmlənməsinə, ortaq maraqların daha səmərəli şəkildə müdafiəsinəgeniş imkanlar yaradır.
Qarabağın bərpasında həyata keçirilən layihələr, mədəni irsin qorunması istiqamətində atılan addımlarvə humanitar əməkdaşlığın davamlı inkişafıAzərbaycan–Qırğızıstan münasibətlərinin gələcəyinəböyük inam yaradır. Hər iki ölkə nümayiş etdirir ki, dostluq yalnız bəyanatlarla deyil, konkret layihələr, qarşılıqlı dəstək və xalqların rifahına xidmət edəntəşəbbüslərlə möhkəmlənir.
Azərbaycan ilə Qırğızıstan arasında formalaşmışqardaşlıq münasibətləri ortaq tarixdən güc alaraqmüasir dövrün tələblərinə uyğun şəkildə inkişaf edir. Humanitar əməkdaşlığın genişlənməsi, mədənidəyərlərin birlikdə yaşadılması, təhsil və elm sahəsindəəlaqələrin dərinləşdirilməsi bu münasibətlərinuzunmüddətli və davamlı xarakter daşıdığınıtəsdiqləyir. Qarşılıqlı hörmətə, etimada və ortaqdəyərlərə əsaslanan bu əməkdaşlıq türk dünyasınınbirliyinin daha da möhkəmlənməsinə, regionda sülhün, tərəqqinin və qarşılıqlı anlaşmanın inkişafına mühümtöhfələr verməyə davam edəcək.
Fidan Əliyeva,
YAP Xətai Rayon Təşkilatı məsləhətçisi



