Analitika

Azərbaycan-Qırğız İnkişaf Fondu

Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir. Hələ Sovet İttifaqı dönəmin də hər iki xalq arasında mədəni əlaqələ rinkişaf edib. Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub.

Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. Qırğız Respublikasında 20 minə yaxın azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti Mərkəzi Asiyaya sürgün edilən repressiya qurbanlarının ailə üzvləridir.

“Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş” 11 oktyabr 2022- ci il tarixində  Qırğızıstanın paytaxtı Bişkek şəhərində imzalanmışdır.  Fondun Qırğızıstanın Çolpon-Ata və Bakı şəhərlərində keçirilən iclaslarında qurumun fəaliyyətinin təşkilinə dair sənədlər qəbul edilib, İdarə Heyətinə üzvlər təsdiqlənib. Bu İnkişaf Fondu Azərbaycan və Qırğızıstan arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək, iqtisadiyyatı modernləşdirmək və inkişaf etdirmək məqsədilə yaradılmışdır.  Fondun yaradılmas ıinvestisiya sahəsində əməkdaşlığın aktivləşməsi və genişlənməsinə təkan verəcək. Azərbaycan-Qırğızıstan İnkişaf Fondu qeydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kreditlər və borclar verəcək, kapitalda iştirak edəcək və digər maliyyə alətlərindən istifadə etməklə, o cümlədən, aşağıdakı sahələr üzrə təsisçilər üçün prioritet layihələrə investisiya qoyacaqdır.

Qırğız Respublikasının Joqorku Keneşi tərəfindən 2024-cü il aprelin 17-də qəbul edilmiş qanunvericilik “Azərbaycan-Qırğızıstan İnkişaf Fondu”nun Qırğızıstan ərazisində fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdir. Nizamnamə kapitalına qoyulan vəsait Azərbaycan tərəfindən, beynəlxalq maliyyə institutları, xarici hökumətlərin maliyyə təşkilatları tərəfindən, habelə, Qırğız Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələrdən formalaşır. Sazişin əsas müddəalarına Fondun binalarının toxunulmazlığının tanınması daxildir. Qırğızıstanın dövlət rəsmilərinin onlara girişi yalnız Fondun İdarə Heyətinin həm Qırğızıstan, həm də Azərbaycandan olan həmsədrlərinin razılığı ilə təmin edilir. Bundan əlavə, Fondda çalışan Qırğızıstan vətəndaşı olmayan şəxslər beynəlxalq hüquq və Qırğızıstanın təcrübəsinə uyğun olaraq diplomatik nümayəndələrə verilən diplomatik imtiyaz və immunitetlərdən istifadə edəcəklər. Bundan əlavə, sazişdə Fond tərəfindən xidməti istifadə üçün gətirilən əşyaların və əmlakın beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri üçün müəyyən edilmiş protokollara uyğun olaraq gömrük rüsumlarından, vergilərdən və bununla bağlı rüsumlardan azadedilməsi nəzərdə tutulur. İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, “Azərbaycan-Qırğız İnkişaf Fondu” bu istiqamətdə səmərəli platformadır. İqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və potensialın reallaşdırılmasına yardım məqsədilə yaradılan Fond Azərbaycan və Qırğızıstanın biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərməklə ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə xidmət edir. Fond müxtəlif maliyyə alətlərindən istifadə etməklə Qırğızıstandaq eydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektlərinin prioritet layihələrinə investisiyalar yatıracaq. Bu platforma çərçivəsində Azərbaycan və Qırğızıstan sahibkarlıq subyektlərinin aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələri maliyyələşdiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyevin 11-12 oktyabr 2022-ci il tarixlərində Qırğızıstana dövlət səfəri zamanı yaradılmış “Azərbaycan-Qırğızıstan İnkişaf Fondu” iqtisadi əməkdaşlığı gücləndirmək, sənayeni modernləşdirmək və iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi məqsədi daşıyır. Bu gün Qırğızıstan Prezidenti Sadır Japarovu Azərbaycana yenidən səfər etməsi iki ölkə arasında mövcud olan münasibətlərdə yeni səhifə açacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün böyük addımların atılmasına şərait yaradacaqdır.

Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi.

Oxşar Xəbərlər

Back to top button