Analitika

Azərbaycan qapalı göl hövzəsi olan Xəzərin də nəqliyyat imkanlarından maksimum istifadədə maraqlıdır

Azərbaycan həm daxili, həm də xarici dəmir yolu nəqliyyat infastrukturunu şaxələndirir. Təsadüfi deyil ki, Davos Forumunun hesabatına əsasən, dəmir yollarının səmərəliliyinə görə, ölkəmiz 11-ci yerdədir. Azərbaycan həm Şərq və Qərb, həm də Şimal və Cənub arasında dəmiryol nəqliyyatını formalaşdırıb. 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi tarixi İpək Yolunun bərpası istiqamətində də mühüm addım kimi xarakterizə olunur. Çünki Şərqdən gələn yüklərin bu xətt vasitəsilə daşınması daha çevik və ucuz başa gəlir. Çindən Praqaya dəmiryolu vasitəsilə yüklərin çatdırılması bu gün cəmi 18 gün ərzində mümkündür. Dəniz nəqliyyatı ilə isə bu, ən yaxşı halda 2 ay vaxt alırdı. Şimal-Cənub nəqliyyat dəhlizi də rentabellidir. Bu dəhlizlə 2018-ci ildə daşınan yüklərin həcmi 8 dəfə, bu ilin 9 ayında daha 70 faiz artıb.

Ötən həftə yerli jurnalistlərə müsahibəsində Prezident İlham Əliyev bu layihənin əhəmiyyətini xüsusi olaraq şərh etdi. Açıq dənizlərə çıxışı olmayan bir ölkənin beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilməsi, əlbəttə, düşünülmüş siyasətin nəticəsidir.

Azərbaycan qapalı göl hövzəsi olan Xəzərin də nəqliyyat imkanlarından maksimum istifadədə maraqlıdır. Ötən il istifadəyə verilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi məhz bu yanaşmanın məhsuludur. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button