AnalitikaGündəmSosial

Azərbaycan qadınları tarix boyu cəmiyyətin müxtəlif sahələrində fəal iştirak ediblər

Qadın hüquqları XIX əsrdə Avropadakı qadın hərəkatının və XX əsrdə baş verən feminizm hərəkatının təməli hesab olunur. Bəzi ölkələrdə bu hüquqlar qanunlara, yerli adət və ənənələrə görə özəlləşdirilsə də, digər bir qrup ölkələrdə isə ümumiyyətlə sayılmır. Ümumi insan və vətəndaş hüquqları kontekstində qadın hüquqlarının xüsusi vurğulanması təbii-fizioloji və sosial əsaslara malikdir. Təbii-fizioloji əsas bioloji varlıq kimi qadının xüsusiyyətləri, sosial əsas isə qadının cəmiyyətdə və ictimai-siyasi proseslərdə rolu və tarixən kişilərə münasibətdə daha az müdafiə edilən olmasıdır. Qadın hüquqları anlayışına daxil edilən hüquqlar: fiziki bütünlük və müstəqillik, cinsi zorakılıqdan uzaq olmaq, qanuni müqavilələrə daxil edilmək, ailədaxili hüquqda bərabər hüquqlara sahib olmaq, ədalətli və ya bərabər əmək haqqı, reproduktiv hüquqlara sahib olmaq, əmlak sahibi olmaq, təhsil almaq. Lakin bütün dünyada bir çox qadın və qızlar hələ də cinsiyyət və cinsə görə ayrı-seçkiliklə üzləşirlər.

XX əsrin başlanğıcında Azərbaycan qadın hüquqları problemi ilk olaraq 1903-cü il martın 30-da Tiflisdə nəşrə başlayan Şərqi-rus” qəzetində qaldırıldı. Maarifçi ziyalıların səyləri nəticəsində XX əsrin ikinci onilliyindən etibarən Azərbaycan qadınları ictimai-siyasi həyatda da görünməyə başladılar. Azərbaycan Xalq Cümhuriyyəti Parlamеntinin 10 dеkabr 1918-ci il tarixində keçirilmiş ikinci iclasında Azərbaycan qadınlarına İslam aləmində ilk dəfə olaraq sеçilmək hüququ da rəsmi dövlət səviyyəsində vеrilmiş oldu. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması,qadın hüquqlarının daha geniş müstəvidə təmin olunması, dövlətin idarə olunmasında qdınların iştirakının artırılması məqsədilə Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Həmçinin, hüquqi bazanın təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün “Gender bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Kişilər və qadınlar arasında bərabərliyin, xüsusilə onların dövlət idarəçiliyinin müəyyən səviyyələrində təmsil olunmasının praktiki olaraq təmin edilməsi məqsədilə 6 mart 2000-ci il tarixdə Prezident “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzaladı. Bu fərman qender bərabərliyi və qadınların imkanlarının genişləndirilməsi sahəsində dövlət strategiyasının yaradılmasının əsasını qoydu. Respublikada rayon icra hakimiyyəti başçılarının qadın müavinlərinin sayı 78-ə çatıb, qadın hakimlərin sayı isə 65-ə kimi yüksəlib. Diplomat qadınların sayı isə 181 nəfərdir.

Nigar Cəlalova,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button